Hadisə, Kriminal

Ərəblərlə qadın alveri edən şəxs tutuldu

28 Aprel 2010 10:33
Baxış: 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, tutulan Zemfira Bağırova insan alveri ilə məşğul olaraq, gəlir əldə etmək məqsədilə qadınları Bəhreyn Sultanlığı və BƏƏ-yə aparıb, orada onları cinsi istismara məruz qoyub. Barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə axtarış elan olunan Z.Bağırova aprelin 27-də Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində yaxalanıb.
Hazırda başlanmış cinayət işi üzrə istintaq aparılır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.