12:30
Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Aygün Kazımovanın qardaşı Kazım Kazımzadənin həbs olunması xəbəri səhərdən başlayaraq ölkə mediasında sensasion xəbər kimi yazılmaqda davam edir. Yaşadığı xoş və üzücü olaylar barəsində həmişə danışmaqdan çəkinməyən pop-diva yenə də susmadı.
Türkiyədən yeni qayıdan Aygün xanım Milli.Az-a eksklüziv açıqlamasında bunları dedi:
"Xəbəri mən də saytlardan oxudum. Və az əvvəl yuxudan oyandığım üçün baş verən hadisənin təfərrüatları barəsində məlumatsızam. Açıqlamaya gəldikdə isə bir şey demək istəyirəm: mənim hansısa işim olanda, məgər, buna qardaşım qarışır? Biznesmen adamdır və başına iş gəlib. Əlbəttə ki, gün ərzində məsələ ilə maraqlanacağam. Yazılan xəbərlər də ki sensasiyalı başlıqla dərc olunur: "Aygün Kazımovanın qardaşı həbs olundu". İndi o, mənim qardaşım olmasaydı, bu söhbət bu dərəcədə şişməyəcəkdi axı".
"Milli.Az vasitəsi ilə bir daha bəyan edirəm ki, biz bir-birimizin işinə qarışmırıq. Əgər uşaq olsaydı, başqa məsələ. Qardaşım yetkin insandır, onun ailəsi, öz işi, mənim həyatım ayrı. Heç vaxt bir-birimizə hesabat vermirik. Amma dediyim kimi, maraqlanacağam. Və yəqin ki, açıqlamam olacaq. Bəzi jurnalistlərdən bir təvəqqem var ki, reytinq naminə özlərindən "araşdırma" uydurmasınlar", - xalq artisti fikirlərini belə tamamladı.
---------
09:06
Xətai rayon polis idarəsi cinayət axtarış şöbəsinin əməkdaşları vətəndaşların etibarından sui-istifadə edən Kazımzadə Kazım Ələsgər oğlunu saxlayıb. Paytaxtın bir neçə rayonunda bina tikintisi ilə məşğul olan Kazım Kazımzadə bir mənzili bir neçə nəfərə sataraq vətəndaşların pulunu mənimsədiyi üçün məsuliyyətə cəlb edilib.
Milli.Az Anspress-ə istinadən bildirir ki, Xətai RPİ-nin baş əməliyyat müvəkkili Anar Süleymanov K. Kazımzadənin Hövsan qəsəbəsində də həyət evləri tikmək adı ilə vətəndaşların pulunu aldığını deyib.
Qeyd edək ki, aldadılan mənzil sahibləri tərəfindən idarəyə daxil olan çoxsaylı şikayət ərizələri əsasında Kazım Kazımzadə barəsində hələ 2011-ci ildə cinayət məcəlləsinin dələdzuluq maddəsi ilə cinayət işi başlanılıb. Amma həmin vaxt şübhəli şəxsi istintaqa cəlb etmək mümkün olmadığından onun barəsində axtarış elan edilib. Kazım Kazımzadənin dələdzuluq yolu ilə aldatdığı insanların sayının artacağı da istisna edilmir.
Anar Süleymanov Kazımzadənin əməllərindən zərər çəkən şəxsləri bu barədə xətai rayon polis idarəsinə müraciət etməyə dəvət edib.
Faktla bağlı Xətai rayon polis idarəsinin cinayət axtarış şöbəsində toplanan materiallar artıq istintaqa təqdim edilib. Kazım Kazımzadənin dələduzluq yolu ilə nə qədər vətəndaşı aldatdığı və dəyən ziyanın ümumi miqdarı aparılan araşdırmalardan sonra bəlli olacaq.
Bir maraqlı məqamı da qeyd edək ki, cinayət məcəlləsinin dələdüzlüq maddəsinin bir neçə bəndi ilə ittiham olunan Kazımzadə Kazım Ələsgər oğlu respublikanın Xalq artısti Aygun Kazımovanını doğma qardaşıdır.
Şahin Cavadsoy
Milli.Az
Hadisə, Kriminal
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Aygün Kazımova saxlanılan qardaşı haqqında danışdı - EKSKLÜZİV - YENİLƏNİB
13 Yanvar 2012 12:30
2 Şərh
Baxış: 60 177

XƏBƏR LENTİ
-
Sevgidən tez bezən, ciddi əlaqədən qaçan BÜRCLƏR
-
Aysel dəbdəbəli bağını göstərdi - VİDEO
-
25 ilə insanlar 1000 il yaşaya biləcək
-
"Aşk-ı Memnu"nun Bülenti illər sonra - FOTO
-
Gözbəbəkləri və yaddaş arasındakı heyrətamiz əlaqə
-
Gənclər arasında ani ölümə səbəb nədir?
-
Maşındakı bu problem sizi yolda qoya bilər - 500 manata qədər xərci var
-
Bir gündə iki dəhşət: Qadın ətrafdakılara bıçaqla hücum çəkdi
-
Çimdiyi sudan sabunlar hazırlatmışdı, 8 saniyəyə satıldı - FOTO
-
Günün qoroskopu: Əlaqələrdən gələn fürsətlərə üstünlük ver
-
Bu şəxsə görə qəsəbə saatlarla işıqsız qaldı - FOTO
-
Arvadına əsəbləşdi, maşını piyadaların üstünə sürdü - Xeyli yaralı var - FOTO
-
"Qumar kralı" şəkili Yusifin "sağ əli" həbs edildi - FOTO
-
Voleybol millimiz Gürcüstana qalib gəldi
-
Azərbaycandakı boyalı saxta çaylar – Onları belə tanıyın – ARAŞDIRMA
-
Ailəsi roluna etiraz etdi, peşəkarlığının zirvəsini göstərdi
-
Əfsanəvi “Peking to Paris Motors Challenge” avtomobil yarışı yenidən Azərbaycandan keçir - FOTO
-
Varlanmağın yolları - Azərbaycanlı deputatdan məsləhətlər
-
Azərbaycanlı aktrisanı skuter vurdu, beyni silkələndi
-
Tramp: Mask bunu etsə, nəticələrini ödəməli olacaq
-
Pakistanda partlayış oldu: 6 ölü var
-
"Həyat yoldaşım qızımızın xəstəliyinə dözmədi"
-
Bu yolda sürət həddi endirildi
-
Mask geri addım atdı