Hadisə, Kriminal

Azərbaycanda ilk dəfə çirkli pullların leqallaşdırması maddəsi ilə məhkəmə hökmü çıxarılıb

19 Aprel 2010 13:12
Baxış: 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə idarə rəisi Kamran Əliyev baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin 5 illiyinə həsr olunmuş nəşrin və "Korrupsiya: anlayışı, əsas xüsusiyyətləri və istintaqı" kitabının təqdimat mərasimində deyib.

Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, K.Əliyev Cinayət Məcəlləsinin 193-1-ci maddəsində nəzərdə tutulan cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırılması ilə əlaqədar idarədə istintaq olunan və baxılması üçün məhkəməyə göndərilmiş cinayət işi üzrə ölkəmizdə ilk məhkəmə hökmü çıxarıldığını bildirib.
K.Əliyev qeyd edib ki, fəaliyyət göstərdiyi 5 il ərzində Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 480 nəfər barəsində 265 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. 2009-cu il və cari ilin ötən dövrü ərzində idarə tərəfindən 235 nəfər barəsində 133 cinayət işi məhkəməyə göndərilib.

İdarə rəisinin sözlərinə görə, 2008-ci illə müqayisədə 2009-cu ildə vətəndaşlar tərəfindən idarəyə ünvanlanmış müraciətlərin sayı əhəmiyyətli şəkildə artaraq 324-ə çatıb ki, bu artım dövlət orqanlarına əhalinin etimadının güclənməsi və möhkəmləndirilməsinin bariz nümunəsidir.

Məhkəməyə göndərilmiş cinayət işləri rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, səhlənkarlıq, özgə əmlakını talama, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və hədə-qorxu ilə tələb etmə faktları ilə əlaqədar olub.


Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.