Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinin rəisi Rəfail Albabayev Milli.Az xəbər portalına bildirib ki, hadisə aprelin 1-də saat 03:00 radələrində baş verib. Üç nəfər maskalı şəxs Özbəkistan küçəsində yerləşən 12 saylı məktəbə basqın edərək məktəbin gözətçisi Famil Tağıyevi döyüb. Sonra naməlum şəxslər onun əl-qolunu bağlayıb, məktəb direktorunun otağındakı avadanlıqları götürərək hadisə yerindən qaçıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törədən şəxslərin müəyyən edilməsi istiqamətində axtarış tədbirləri həyata keçirilir.
Bakı Şəhər Təhsil İdarəsinin ictimayyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı isə Milli.Az-a faktı təsdiq edərək bildirib ki, məktəbin keçmiş polis əməkdaşı olan gözətçisi Famil Tağıyev gecə saatlarında məktəbin işıqlarının sönməsindən şübhələnərək 2-ci mərtəbəyə qalxıb. Bu zaman 3 nəfər maskalı şəxs ona hücum edərək döyüb, sonra isə əllərini və ağzını bağlayıblar. Naməlum şəxslər mərtəbədəki otaqların birindən 1 ədəd faks, 1 ədəd noutbuk və 1 ədəd proektor aparıblar. Məktəbin qapısı yaxınlığından bir ədəd maska və alışqan tapılıb.
Anar Məmmədov
Milli.Az
Hadisə, Kriminal
Bakıda orta məktəbə maskalı şəxslər basqın etdi
1 Aprel 2010 16:46
Baxış: 667
XƏBƏR LENTİ
- Xaricdən aşağı keyfiyyətli siqaretin gətirilməsinin qarşısı alınacaq – Yeni QANUN
- Azərbaycanda bu məhsul ucuzlaşdı
- "1 milyard və ya 2 milyard avro" - "Bayer 04"ün baş direktoru
- Roza Zərgərli bu şəxslərin toyuna pulsuz gedir - VİDEO
- 38 qol vuran Aysun Seydiyeva: “Oğlanların çoxu belə deyil” - MÜSAHİBƏ - VİDEO
- "Bu ölkənin dərdi-azarı təkcə kiminsə geyimidir?"
- Həyət evi almaq istəyənlərə şad xəbər: 15-20 min manat ucuzlaşacaq
- Beynəlxalq Ədalət Məhkəməsində “Azərbaycan Ermənistana qarşı” işi üzrə dinləmə keçirilir
- Evində ilan saxlayan azərbaycanlı məşhur kimdir? - FOTOlar
- "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümü - FOTO
- Velosipedi belə oğurladı - ANBAAN VİDEO
- Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR? - VİDEO
- Ələsgər Məmmədoğlunun həyat yoldaşı: "Oğlumuzun toyunda gözüm qapıda qaldı" - VİDEO
- Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert keçirilib - FOTO
- Bakı və Moskva yeni siyasətə başlayır
- Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - FOTOlar
- Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
- Heydər Əliyev sayəsində bu problemlər həll olundu - Veteran
- "Allahıma sonsuz şükür, nə yaxşı ki...”
- Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səfər edə biləcək
- Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
- Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO
- Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır
- Serenayla Mert ilk dəfə əl-ələ GÖRÜNTÜLƏNDİ - VİDEO