Hadisə, Kriminal

"2 körpə balam atasız qaldı" - Kirayə yaşadığı evdə narkotik satan şəxs - VİDEO - FOTO

25 İyul 2017 12:55
1 Şərh     Baxış: 3 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xırdalan şəhərindəki yaşayış komplekslərinin birində özünə kirayə ev tutan 32 yaşlı Rüfət Babayev mənzildən topdansatış məntəqəsi kimi istifadə edib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, aparılan istintaq zamanı müəyyən edilib ki, o, ayda bir dəfə Lənkərana gedərək, tanıdığı İran vətəndaşından müxtəlif növ narkotik vasitələri alaraq Bakıya gətirib.

Rüfət Babayev - Saxlanılan şəxs: "Özüm istifadə edirdim. Əvvəllər işləyirdim, pulum olurdu ala bilirdim. İndi bir balaca çoxaltdığıma görə, pul çatdıra bilmədiyim üçün Lənkərandan İran vətəndaşı Mahmud adlı adamdan almışam. Müalicəmə görə İrana tez-tez gedirdim. Orada tanış olmuşam. Cəmi 850 dollarlıq almışam".

Hüquq mühafizə orqanları əməkdaşlarının Rüfət Babayevdən götürdükləri narkotik vasitələrinin arasında "Metamfetamin"də var. İstifadəçilər arasında "şüşə" adlandırılan və toz halında olan narkotik vasitəni saxlanılan şəxs qablaşdıraraq, hər bükümünü 40 manatdan satıb. Digər hissəsini satmağa isə polis icazə verməyib.

Rüfət Babayev - Saxlanılan şəxs: "İki körpə balam evdə qaldı. Yiyəsiz, atasız. Ən azı uşaqlarıma bir zavod çörəyi ala bilirdim. İndi onu da ala bilməyəcəyəm. Bütün günü "kayf"da olan adamın ağlı başında olmur ki, o barədə də fikirləşsin ". 

Saxlanılan zaman onun yaşadığı mənzildən 53 qram tiryək, 21 qr marixuana və 12 ədəd ekstazi həbləri aşkar edilib.

Fakt araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.