Hadisə, Kriminal
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Xatirənin keçmiş sevgilisi həbsdə qaldı
6 Aprel 2011 12:33
Baxış: 1 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Texnikabank"ın Bakı filialının keçmiş müdiri və onun oğlu həbsdən azad edilmədi. Milli.Az xəbər portalının məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində filial müdiri Zal Yusifov və daha 14 nəfərin məhkəmə hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.
İlk öncə Ağır cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü barədə məlumat verək. Hökmə əsasən, Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il, Vüqar Behbudov isə 7 il müddətinə azadlıqdan məhrum olunub. Z.Yusifovun oğlu İslam Yusifov isə məhkəmə zalından tutularaq 8 il müddətinə azadlıqdan məhrum edilib.
Zamində olan digər təqsirləndirilənlər barəsində isə məhkəmə şərti azadlıqdan məhrum olunma cəzası təyin edib.
Z.Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2-ci (mütəşəkkli dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 313-cü (vəzifə saxtakarlığı), 320.2-ci (rəsmi sənədləri, ştampları, möhürləri sxtalaşdırma), 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə və israf etmə), İslam Yusifov və Vüqar Behbudov CM-nin 178.3.1 və 178.3.2-ci, Samayə Məmmədova CM-nin 32.5, 178.3.2 və 32.5, 179.3.2-ci, Camal Yusifov, Rauf Əhmdəov, Ülvi Hüseynov, Fəxri Hüseynov, İntiqam Sultanov, Məhəmməd Mürsəlov, Elşən Həsənov, Dağıstan Həsirov, Akif Həsənov, Mübariz Zeynalov və Saleh Qasımov CM-nin 320.1-ci maddələri ilə ittiham olunublar.
İttiham aktına görə, "Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov və filialın əməkdaşları - onun oğlu İslam Yusifov, Vüqar Behbudov, Səmayə Məmmədova, Ramal Yusifov, Rauf Əhmədov, Ülvi Hüseynov, Fəxri Hüseynov, Dağıstan Nəsirov, Akif Həsənov, Elşən Həsənov, İntiqam Sultanov, Mübariz Zeynalov, Saleh Qasımov, Məhəmməd Mürsəlov 81 nəfər müştərinin pulunu mənimsəyiblər. Onlar zərərçəkmişlərin banka qoyduğu 4 milyon manat pulu ələ keçiriblər.
Zal Yusifov "Texnikabank" rəhbərliyinin hüquq-mühafizə orqanlarına müraciəti əsasında saxlanılıb. Daxili audit nəticəsində "Bakı" filialında ortaya çıxan qanunsuzluqlardan və müştərilərin şikayətindən sonra bank rəhbərliyi filial müdiri ilə bağlı ölçü götürülməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi məhkəmə prosesində təqsirləndirilən şəxslərin cəzası dəyişdirilməyib.
Onu da əlavə edək ki, İslam Yusifovun tanınmış müğənni Xatirə ilə sevgi münasibətləri olub.
Anar Məmmədov
Milli.Az

XƏBƏR LENTİ
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Qobustanda mikroavtobus aşdı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto)
-
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb - (Foto)
-
General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? - DOSYE
-
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb
-
Bu yollarda sürət həddi endirildi
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Ayın 8-də Azərbaycanda intensiv yağış yağacaq
-
Xankəndi stadionu yenidənqurmadan sonra belə görünür - FOTOlar
-
Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib - (Foto)
-
"Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir" - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - (Foto)
-
Limada Zəfər Günü münasibətilə şəhər meriyasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - (Foto)
-
Yol polisi hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Azərbaycanda gübrələr bahalaşır, bəs ərzaqlar?
-
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib - (Foto)
-
Azərbaycanın Zəfər Günü Kolumbiya mətbuatında işıqlandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin İsa Həbibbəyliyə vəzifə veriləcəyi iddiasına AMEA-dan cavab