Hadisə, Kriminal

Bakıda “Seyid” ləqəbli avtoritet həbs edildi

31 Mart 2011 16:40
Baxış: 13 230
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bakıda kriminal aləmə yaxın olan "Seyid" ləqəbli avtoritet həbs edildi. Milli.Az xəbər portalının məlumatına görə, həmin şəxs 30 yaşlı Miryusif Əsədovdur.

"Range Rover"lə basqına getdilər

"Seyid" cinayət əməlinə görə axtarışda olsa da, bu ilin feralında Sabunçu rayonu ərazisində yerləşən mağazaya basqından sonra izinə düşmək mümkün olub.
Sabunçu rayon Polis İdarəsindən əldə etdiyimiz məlumata görə, fevral ayında Qaraçuxur qəsəbəsindəki Əhməd Bakıxanov küçəsində yerləşən ərzaq malları mağazasına naməlum şəxslər tərəfindən basqın edilib. Mağaza sahibi Nadir Quliyev və onun ailə üzvləri "Range Rover" markalı maşında gələn həmin şəxslər tərəfindən döyülərək fiziki zorakılığa məruz qalıb. Basqınçılar dükanın piştaxtalarını, o cümlədən vitrinləri qıraraq obyektə maddi ziyan da vurub.

100 manatlığın xırdalanmaması basqın üçün bir bəhanə oldu...

Naməlum şəxslər dükana daxil olarkən mağazada satıcı kimi dükan sahibinin həyat yoldaşı Kəmalə Quliyeva olub. Həmin şəxslər dükana daxil olandan sonra əvvəlcə satıcıdan su alıblar. İstədiklərini aldıqdan sonra isə basqınçılar içdikləri suyun pulunu ödəmək üçün satıcıya 100 manat veriblər. Satıcı pula xırda olmadığını dedikdə isə, aləm qarışıb. Pulu verməkdən imtina edən şəxslər qadına zor tətbiq ediblər. Yaranmış səs-küyə Kəmalə Quliyevanın həyat yoldaşı Nadir Quliyev gəlib.

"Yapon", "Seyid" və Nicat necə həbs edildi?

Basqın barədə məlumat daxil olan kimi, Sabunçu Rayon Polis İdarəsi 13-cü polis bölməsinin əməkdaşları hadisə yerinə yollanıb. Məlum olub ki, mağazaya basqın edənlər Bakıxanov qəsəbəsində "Yapon" ləqəbi ilə tanınan Rauf, "Seyid" ləqəbli Miryusif Əsədov və Ağdam rayon sakini Nicat Məmmədovdur.

Bölmənin əməkdaşlarının həmin şəxslərin tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində apardıqları işlər nəticəsini verib. Rauf və Nicat həbs olunsa da, Miryusifi tutmaq mümkün olmayıb. Onun barəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsilə axtarış elan olunub. Uzun sürən axtarışlardan sonra M.Əsədov Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının səyi nəticəsində martın 30-da tutulub.

Nicat qətlə yetirilən 8 qat dünya çempionun dəfnində bıçaq işə salıb

Dəstənin fəallarından olan Nicat Məmmədova gəlincə, onun bu ilin yanvarında Sabunçu qəbiristanlığında baş verən silahlı insidentdə adı hallanır. Belə ki, mağazaya basqından qabaq, yəni yanvarın 22-də saat 14:00 radələrində Bakıxanov qəsəbəsi ərazisindəki qəbiristanlıqda insidentin fəallarından biri o, olub. Bakıda qətlə yetirilən karate üzrə 7 qat çempion Samir Ağayevin dəfn mərasimində Ağdam rayon sakini Nicat Məmmədov Zabrat qəsəbə sakini Mahir Əsədullayevlə münaqişə edib və bıçaqla ona xəsarət yetirib. Bu zaman Zabrat qəsəbə sakini Hacı Vəliyev "TT" markalı tapançadan havaya bir dəfə atəş açıb.

Hadisədən sonar Hacı Vəliyev və atası Xeybər Vəliyev saxlanılıb. Bu cinayət əməlinə görə Nicatın barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

Onu da əlavə edək ki, "Seyid"in adı ötən il mayın 19-na keçən gecə Suraxanı rayonu, A.Rzayev küçəsində yerləşən "Çeşmə" kafesinin qarşısında baş verən silahlı insidentdə də hallanır. Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə istintaq aparılır.

Anar Məmmədov
Milli.Az

Xəbərə uyğun link:

Azərbaycanda dəfn zamanı silahlı insident baş verib - YENİLƏNİB

Bakıda qətlə yetirilən karate üzrə 7 qat çempion məşhur oğru imiş

Bakıda idmançını qətlə yetirənlərin başqa cinayəti də ortaya çıxıb

Karate üzrə 7 qat ölkə çempionunun qatilləri tutuldu - YENİLƏNİB
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.