Hadisə, Kriminal

Bakı metrosunda qızların oğlan davası

3 İyun 2014 15:53
23 Şərh     Baxış: 13 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı metrosunda qızlar oğlana görə əlbəyaxa oldular

Bu gün metronun "20 Yanvar" stansiyasında iki qızın əlbəyaxa davası olub.

Milli.Az xəbər verir ki, hadisə şahidlərinin azxeber.com-a verdikləri məlumata görə, metronun "Memar Əcəmi" stansiyasından "20 Yanvar" stansiyasına doğru hərəkət edən qatarda iki qız oğlana görə əlbəyaxa dalaşıblar.

Sevgilisi ilə vaqonda əyləşən oğlanla qızın üzərinə hücum çəkən gənc xanım oğlanın yanındakı qızın saçından yapışaraq onu vaqonda sürümək istəyib.

Xanımların bir-birini əvvəlcədən tanıdığı və onların oğlana görə əlbəyaxa olduqları aydınlaşıb. Belə ki, hücum çəkən gənc qız "sevgilimi əlimdən aldın" deyib, ona hücum çəkib. Qızların davasına ətrafda olan insanlar da müdaxilə ediblər. Onlar qatardan düşürdülüb. Dava metro polisinin müdaxiləsi olmadan başa çatıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.