Hadisə, Kriminal

Azərbaycanda kiçik ərdən arvadına böyük yara

17 May 2014 13:48
9 Şərh     Baxış: 6 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qadın dünən ərindən aldığı zərbəsindən hələ də özünə gəlməyib. Göyçay rayonu ərazisində özündən 5 yaş kiçik ərinin ona vurduğu bir bıçaq yarası öldürücü olmasa da, yarası çox dərin olub.

Dünən rayonun Çayarxı kəndində 27 yaşlı Elvin Nəsrullayev evində 32 yaşlı Töhvənin qanını axıdıb. O, bıçaqla arvadına bir zərbə vurub. Qarını dəlib keçən bıçaq qadının daxili orqanlarını zədələyib.

İşin istintaqını aparan Göyçay rayon Polis Şöbəsinin müstəntiqi Zöhrab Mahmudzadə Milli.Az-a açıqlamasında bildirdi ki, qadın xəstəxanada hələ özünə gəlmədiyindən dindirmək mümkün olmayıb. Ailə üzvləri hadisənin baş verməsinin səbəbini bilməsələr də, evdə səs-küy eşidiblər. E.Nəsurullayev isə ruhi xəstəliyi olduğundan hadisənin əsl səbəbini bilmək üçün qadının ayılmasını gözləmək lazımdır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.