Azərbaycanda "mavi" gənc özünü asdı: "Hamınız ölümümdə günahkarsız" - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az qafqazinfo-ya istinadən bu gün intihar edən homoseksual gənc İsa Şahmarlı ilə olan və bir neçə həftə əvvəl 1937.az saytında yayımlanan söhbəti təqdim edir:
İsa Şahmarlının 20 yaşı var. Marketinq sahəsində çalışır və Azad LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual) təşkilatının sədridir. Homoseksual olduğunu bir neçə il öncə həm ailəsinə, həm də dostlarına açıqlayıb. Buna görə çoxsaylı təzyiqlərlə üzləşsə də, mübarizə ruhunu itirməyib. Deyir ki, onda bu cəsarət birdən-birə yaranmayıb. Qrup yoldaşları öyrənəndə, universitetin qarşısında İsanı döyüblər. Müəllimləri isə təhqir ediblər:
- "Mübarizəm şikayət etmək olmadı. Növbəti günlərdə daha bər-bəzəkli geyinirdim, sırğamı taxırdım, universitetin dəhlizlərində gəzirdim. Biri ordan söz atırdı, digəri söyürdü. Amma sonralar bir çoxu öz hərəkətindən utandı. Daha sonralar yeni çevrə qazandım. Çox da çətin olmadı. Qızların çoxu gey bir dost arzulayır (gülür)."
Ailəsi İsanın homoseksual olması ilə, hələ də barışmır. İsa da ailəsinin fikrini dəyişməsinin çox çətin olduğunu qəbul edir. "Ailəmə psixoloqlar hər şeyi başa salsa da, onlar, yenə bu halı xəstəlik kimi qəbul edirlər". İsa deyir ki, ailənin təzyiqi bir çox LGBT-ni (Lezbian, gey, biseksual, transseksual) intihara sürükləyir:
"Homoseksuallara nifrət etmə homofobiyadı. Homofobiya ümumdünya səhiyyə təşkilatı tərəfindən xəstəlik olaraq qeydə alınsa da, homofik homoseksuallar da var. Onlar çox vaxt özlərini qəbul edə bilmirlər, bu da intihar hallarının digər səbəbidir. LGBT-lər iş tapmaqda çətinlik çəkirlər. Xüsusən də, transeksualları iş görüşmələrində təhqir edib, qovurlar. Homosseksuallar gizli qaldığı şəraitdə iş tapa bilirlər. Azərbaycanda 90 faiz homosekuallar gizlənirlər. Hətta ailə həyatı quranlar da var", - deyən İsa cəmiyyətin münasibətinin dəyişməsinin çətin olsa da, mümkünlüyündən danışır: "Cəmiyyət LGBT haqqında məlumatlı olsa, bu qədər nifrət etməz. Həll yolu maariflənmədir".
İsa LGBT təşkilatının görmək istədiyi işlər haqqında da danışır.
Təşkilatı tanıtmaq üçün broşurlar hazırlanır. Psixoloqlarla birgə xüsusi sənədli film hazırlanır. "Mütəmadi olaraq, konfranslar təşkil edirik, amma gələnlər az olur. İştirak edənlər öz üzvlərimizdi, amma biz istəyirik ki, müzakirəyə heteroseksuallar da, dindarlar da gəlsin".
Qeyd edək ki, LGBT təşkilat olaraq, 2011-ci ildən dövlət qeydiyyatına düşmək istəyir, ancaq bu, hələ ki, mümkün olmayıb: "Dövlət qurumlarının təşkilatımıza təzyiqi yoxdur. Bizə dırnaqarası yaxınlaşırlar. Uzunömürlü olacağımıza inanmırlar. Mənim ən böyük məqsədim, təşkilatı dövlət qeydiyyatdan keçirməkdir", - deyir İsa.
Həmsöhbətimizlə Türkiyədəki LGBT təşkilatları barəsində də söhbətləşirik.
İsa deyir ki, Türkiyədə LGBT-lər etiraf etməyə başladığı üçün cəmiyyət onları əzə bilmədi. Ancaq bizim LGBT-lər hələ də cəsarətli davranmırlar: "Türkiyədə LGBT təşkilatları artıq valideynlərlə işləyirlər. Biz isə hələ ki, ətrafımıza cəsarətli LGBT-lər toplamağa çalışırıq. Onlar açıqlamaq istəmirlər, təşkilat üçün mübarizə aparmaq istəmirlər. Film günü keçiririk, gəlirlər, amma çıxanda gizlənirlər ki, heç kim görməsin. Mənə Türkiyə təşkilatından iş təklifi gəlib, ancaq imtina etmişəm. Burada qalıb, LGBT-lərin hüquqları üçün mübarizə aparmağı seçmişəm".
Sonda İsa bizimlə ürək sözlərini bölüşür: "Cəmiyyətimizə arzu edirəm ki, heç kim önyarğılı olmasın. Nifrət etməmişdən əvvəl, internetdə "homoseksualizm nədir?" yazıb, oxusunlar. Daha sonra nifrət etməkdə sərbəstdirlər. LGBT-lər isə əsas cəsarətli olsunlar. Mən də əvvəllər tərəddüd edirdim, amma indi öz işim var. Ailəmdən ayrı, öz evimdə yaşayıram. Hər şeyi öz gücümə qura bilirəm. Yəni istəyəndə hər şey alınır".
---------
16:17
Azad LGBT təşkilatının sədri İsa Şamarlı özünü asaraq intihar edib
"Qafqazinfo" xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat paylaşıblar.
Onların sözlərinə görə, intihara cəhd edən İsa Şahmarlı xəstəxanaya çatdırılan zaman yolda dünyasını dəyişib.
Qeyd edək ki, gənc intihar etmədən öncə facebook hesabında dostları ilə vidalaşıb:
"Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm...Anama da deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər rəngli deyil. Əlvida".
Xatırladaq ki, İsa Şahmarlı homoseksual olub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



XƏBƏR LENTİ
-
"Qarabağ" 8000 manat cərimələndi
-
Kür çayı məcradan ÇIXDI - Meşələr istiqamətində yayılmağa BAŞLAYIB
-
Bir qəpik də ödəmədən 1170 sot torpaq aldı
-
Bakıda beynəlxalq Gənclər Forumunun iştirakçıları fləşmob keçirib - FOTO
-
Dünənki partlayışda yaralanan həkim VƏFAT ETDİ
-
Smartfonlarımızda olan yaşıl nöqtənin sirri bu İMİŞ - FOTO
-
"Cəhənnəm Necati"nin adamları da saxlanıldı
-
Tar danışır, kamança cavab verir - Azərbaycan muğamı Avropanı fəth edir - FOTO
-
"Evdə it qədər hörməti olmayan, əri 70 arvad alan..."
-
Kirayə qalanlar bu xəbəri mütləq OXUSUN - 300 manat cərimələnə BİLƏRSİNİZ
-
Hərbi ilə bağlı bu qanun qəbul EDİLDİ
-
Hamı onu ATIR: Çiyələyin bu hissəsi də yeməlidir
-
İranda dron həyəcanı
-
"Ata-anam xeyir-dua vermədi, XOŞBƏXT OLMADIM"
-
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər TUTULDU
-
Əməkdar artist mərhum oğlunun həyata keçməyən arzusundan DANIŞDI
-
BŞİH rəsmisi: 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması zamanın çağırışlarına cavab verən düşünülmüş qərardır
-
Diplomatik korpusun nümayəndələri Xocalı Soyqırımı Memorialına gəliblər - FOTO
-
Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri ÇIXILIRMIŞ? - RƏSMİ AÇIQLAMA
-
Xalq artisti illərə meydan oxuyan gözəlliyinin sirrini AÇIQLADI
-
Ölkədə alçanın baha olmağının səbəbi bu İMİŞ
-
Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib - FOTO
-
AQTA 205 kq qanunsuz at əti aşkarladı
-
Şüşə, yoxsa metal qab: Hansını ALAQ?





