Hadisə, Kriminal

Bakıda zəncirvari yol qəzası bir nəfərin canını aldı

14 Yanvar 2014 11:06
0 Şərh     Baxış: 1 055
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakının Xəzər rayonunda baş verən zəncirvari yol qəzasında bir nəfər ölüb

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də saat 10:00 radələrində, Xəzər rayonu Şüvəlan-Zirə şossesində, Bakı şəhər sakinləri 1976-ci il təvəllüdlü Rövşən Ağasəf oğlu Abbasovun idarə etdiyi "VAZ-2107" markalı, 1947-ci il təvəllüdlü Şirbala Mirbala oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı və 1977-ci il təvəllüdlü Əvəz Cabir oğlu Əliyevin idarə etdiyi "Ford" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində Rövşən Abbasov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.