Hadisə, Kriminal

Bakıda quldur qandallandı

14 Yanvar 2014 11:27
0 Şərh     Baxış: 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda vətəndaşa hədə-qorxu gələrək pulunu və telefonunu mənimsəmiş şəxs tutulub

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 13-də Qara Qarayev prospektində naməlum şəxs Bakı şəhər sakini Mirorxan Kərimovu bıçaqla hədələyib mobil telefonunu və pulunu alıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən şəxsiyyəti müəyyən edilərək tutulub. Bu, Xaçmaz rayon sakini Fikrət İsayev olub.

Faktla əlaqədar cinayət işi açılıb, F.İsayevin oxşar cinayətlərdə iştirakına dair araşdırmalar davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.