Hadisə, Kriminal

Biznesmen ölüm sifarişini verib 20 il gizləndi...

22 Oktyabr 2013 13:49
0 Şərh     Baxış: 4 196
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bir neçə gün əvvəl qandallanan iş adamı ölüm sifarişi verdiyi üçün təslim olsaydı, indi azadlıqda olardı. Milli.Az 20 il əvvəl Sumqayıtda törədilmiş sifarişli qətlin təffərrüatlarını öyrənib.

Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl axtarışda olan Nadir Mehdiyevlə bağlı məlumat yayıb. Məlumata görə, o, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci) maddəsi ilə Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən axtarışda olub.

Sumqayıt Şəhər Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, 45 yaşlı N.Mehdiyev 1994-cü ildə biznesdə rəqibi olan iş adamı olan Elgün Şərifovun qətlini sifariş verib. Onun sifarişi ilə 4 nəfər E.Şərifovu qətlə yetirib. Hadisədən sonra həmin şəxslər məhkum olunublar və hazırda cəzalarını çəkərək azadlığa çıxıblar. Lakin N.Mehdiyev istintaqdan yayınaraq qaçıb gizlənib. İnterpol vasitəsilə axtarışa verilən N.Mehdiyev Qazaxıstanın Astana şəhərində tutulub. Hazırda istintaq aparılır.

N.Mehdiyevin "Kar Qəhrəman" ləqəbi ilə tanınan kriminal avtoritet Qəhrəman Mehrəliyevə yaxınlığının olduğu da deyilir.

Anar Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.