Milli Təhlükəsizlik Nazirliyi (MTN) narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son bir ayda həyata keçirilmiş əməliyyat tədbirləri barədə məlumat yayıb. Qurumun ictimaiyyətlə əlaqələr mərkəzindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 15 nəfər ifşa olunaraq yaxalanıb. Onlardan ümumilikdə 425 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb, 5 cinayət işi başlanılıb.
MTN və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti tərəfindən birgə keçirilmiş əməliyyat tədbiri nəticəsində "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan vətəndaşları - Həsənov İmran Heydər oğlu, Mahmudov Rahib İmran oğlu və Rusiya vətəndaşı Cəlalov Camal Mirhüseyn oğlu Sankt-Peterburq şəhərində saxlanılıb. Onlardan 397 kiloqram həşiş aşkarlanaraq götürülüb.
Müəyyən edilib ki, dəstə üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa əsasən, hazırda şəxsiyyəti istintaqla araşdırılan Möhsün adlı İran vətəndaşı həşişin xüsusi qaydada qranit daşların içərisinə qablaşdırılmasını, gəmi vasitəsilə konteynerdə Rusiyanın Həştərxan limanına, buradan isə yük avtomobili ilə Sankt-Peterburq şəhərinə göndərilməsini təşkil edib. Dəstə üzvləri qranit daşları təhvil alarkən cinayət başında yaxalanıblar.
Keçirilmiş digər əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Əliyev Fazil İskəndər oğlu saxlanılıb. Onun idarə etdiyi "Azsamand" markalı avtomobilə baxış zamanı 1 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.
Müəyyən edilib ki, qabaqcadan əlbir olaraq, Fazilin sifarişinə əsasən hazırda şəxsiyyəti istintaqla araşıdırılan İran vətəndaşı satış məqsədilə həmin narkotik vasitənin qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən kənar İrandan Azərbaycan ərazisinə keçirilməsini və Astara rayonunun Telman kəndi yaxınlığında gizlədilməsini təşkil edib. F.Əliyev də idarə etdiyi avtomobili ilə həmin yerə gələrək heroini oradan götürüb, Bakı şəhəri istiqamətində hərəkət edərkən Lənkəran rayonu ərazisində yaxalanıb.
Daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları - Rufullayev Elizbar İsaxan oğlu, Quliyev Anar Zakir oğlu, Əliyev Ceyhun Naib oğlu və Ağayev Dəyanət Yaşar oğlu saxlanılıb, narkotik vasitə olan - 16 kiloqram 170,94 qram həşiş qətranı və 17 qramdan artıq heroin aşkarlanaraq götürülüb.
Məlum olub ki, adları çəkilən şəxslər, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən gizli surətdə İrandan Azərbaycan ərazisinə gətiriblər.
Növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları - Babayev Ramiz Qılman oğlu, Quliyev Vüsal Eldar oğlu, Babaşov İlqar Qəzi oğlu, Qarayev Zahir Əzi oğlu və Arayeşkar Tünzalə Həsənpaşa qızı saxlanılıb, onlardan külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülüb.
Müəyyən edilib ki, əvvəlcədən əldə olunmuş razılığa əsasən, T.Arayeşkarın həyat yoldaşı, hazırda İranda yaşayan və bu ölkənin vətəndaşı olan Mahmud Arayeşkar qaçaq yolla Azərbaycanın Astara rayonunun Təngərüd kəndinin ərazisinə külli miqdarda narkotik vasitələrin keçirilməsini və gizlədilməsini təşkil edib.
R.Babayev və V.Quliyev, sonuncunun idarə etdiyi "Mercedes" markalı avtomobil ilə həmin kəndə gələrək, narkotik vasitə olan - 12 kiloqrama yaxın həşiş qətranını və 900 qrama yaxın heroini nişan verilmiş yerdən götürüb, V.Quliyevin Astara şəhərində yaşadığı evində gizlədiblər. Əvvəlcədən əldə olunmuş razılığa əsasən, R.Babayev və V.Quliyev narkotik vasitələrdən təxminən 2 kiloqram həşiş qətranını R.Babayevin dayısı İlqar Babaşovla birlikdə Cəlilabad rayonunun Alar kəndində Zahir Qarayevə verib. Sonuncu da həmin narkotiki hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfərə satıb. 900 qrama yaxın heroini isə R.Babayev və V.Quliyev Bakı şəhərində Tbilisi prospektində T.Arayeşkara çatdırıblar. Keçirilmiş baxış zamanı V.Quliyevin Astara şəhərindəki evindən 9 kiloqram 659.1 qram həşiş qətranı, T.Arayeşkarın yaşadığı ünvandan isə təxminən 900 qram heroin aşkar edilərək götürülüb.
Digər əməliyyat tədbiri nəticəsində Lənkəran şəhər sakini Kazımov Rəşad Salman oğlu və Şirvan şəhər sakini Hüseynov Ceyhun Vaqif oğlu yaxalanıb, onlardan 100 qrama yaxın narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Müəyyən edilib ki, C.Hüseynovun qardaşı, hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Elman Hüseynovun tapşırığına əsasən, Rəşad şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə görüşərək, ondan bir cüt qara rəngli kişi ayaqqabısını təhvil alıb.
Həmin iranlı qeyd olunan ayaqqabıları Rəşada verərkən onun icərisində heroin olduğunu bildirib. Ceyhun Rəşada ayaqqabıları cəza müəssiəsinə qardaşı Elman üçün aparacağını bildirib və hələlik onları gizlətməyi tapşırıb. Əməliyyat tədbirləri ilə Ceyhun və Rəşad saxlanılıb. Sonuncunun işlədiyi Nəsimi rayonundakı taxta sexinə keçirilmiş baxış zamanı bir cüt qara rəngli kişi ayaqqabısı aşkarlanıb. Həmin ayaqqabılar müayinə edilərkən onların dabanlarında gizlədilmiş 100 qrama yaxın heroin aşkar edilərək götürülüb.
Bütün faktlar üzrə cinayət işləri başlanılıb, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Milli.Az
Hadisə, Kriminal
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
MTN narkotiklərin daşınması ilə məşğul olan 15 nəfəri yaxalayıb
21 İyul 2010 15:18
Baxış: 424

XƏBƏR LENTİ
-
“Qapalı geyinirsən” dedilər, bir soyundu ki... - FOTOlar
-
Baş prokuror yeni şöbə rəisi təyin etdi
-
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
-
Hegemoniyanın sonu: Amerika necə dünyanı itirir
-
Sevil Mikayılova BMT-nin Avazadakı LLDC3 konfransında Parlamentlərarası İttifaq adından məruzə ilə çıxış edib - VİDEO - FOTO
-
"Ən yaxın adamım məni YIXDI"
-
Azərbaycanda “WhatsApp”a giriş problemi - Nə baş verir?
-
Mülki silahı necə əldə etmək olar?- Polisdən AÇIQLAMA
-
Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki üz verdi - FOTO
-
Bu ölkədə yenə güclü zəlzələ oldu
-
Avqust ayının ulduzları - Bu bürclər üçün şans qapıları açılır!
-
Növbəti tədris ilində tələbə yataqxanalarında qiymət artımı olacaq?
-
İki valyuta ucuzlaşdı
-
"Liverpul" ispan klubunu darmadağın etdi
-
Nazir Rza Məmmədova vəzifə verdi
-
Ad gününə 2 gün qalmış xəstəlikdən vəfat etdi
-
Başınıza soyuq su tökməzdən əvvəl düşünün - mütəxəssislər xəbərdarlıq edir
-
Bu ölkə bel soyuqluğu əleyhinə peyvənd proqramını işə salır
-
Qazlı içkilər uşaqların orqanizmində hansı fəsadları törədir?
-
Populyar arıqlama dərmanı Ozempic yan təsirləri ilə yenidən gündəmdə
-
Sürücü qadınlar üçün özəl parkinq: Ayrı-seçkilik, yoxsa təhlükəsizlik?
-
Psixoloqa getmək üçün "həyəcan siqnalları" nələrdir?
-
5 Avqust – Azərbaycan Hərbi Dəniz Donanması Günüdür
-
Səbail rayonunda güclü yanğın başlayıb, bir küçə işıqsız qalıb