Hadisə, Kriminal

DİN əməliyyat keçirdi: Avtomat, tapança və qumbaralar aşkarlandı

30 Aprel 2026 11:40
Baxış: 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ötən polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 13 avtomat silahı, 1 tapança, 2 qumbara, 4 tüfəng, 9 patron darağı və 418 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, odlu silah və sursatın qanunsuz saxlanılması və daşınması qanunvericiliyə əsasən cinayət məsuliyyəti yaradır. Bu cür vasitələrin könüllü təhvil verilməsi isə şəxsi məsuliyyətdən azad edir.

Vətəndaşlara tövsiyə olunur ki, istifadəsiz və ya qanunsuz saxlanılan silah-sursat barədə dərhal polis orqanlarına məlumat versinlər. Bu, həm hüquqi məsuliyyətdən azad olmaq, həm də ictimai təhlükəsizliyin qorunmasına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Polis əməkdaşları tərəfindən tərəfindən qanunsuz silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.