Poçtla göndərilən məhsullarla bağlı vacib XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəyə gətirilməsi qadağan olunan və ya xüsusi icazə əsasında idxalına yol verilən məhsulların poçt rabitəsi xidmətləri vasitəsilə sifarişi və ya göndərilməsi zamanı qanunvericiliyin tələblərinə ciddi əməl edilməlidir.
Milli.Az xəbər verir ki, buraya baytarlıq preparatları, dövlət sınağından keçməmiş, təhlükəsizliyi təsdiq olunmamış və müvafiq qaydada qeydiyyata alınmamış pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr, uyğunluq və fitosanitar sertifikatı olmayan toxumlar, bioloji aktiv qida məhsulları, qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatlar, eləcə də heyvan mənşəli qida məhsulları daxildir. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) poçt rabitəsi xidmətinin istifadəçilərinə bununla bağlı xatırlatma edib.
İstifadəçilərə poçt göndərişini təhvil verməzdən əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və poçt rabitəsi operatorlarından müvafiq qaydalar, məhdudiyyətlər və tələb olunan sənədlər barədə məlumat almaları tövsiyə edilir.
Bildirilir ki, "Poçt haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, poçt göndərişinin içərisinə qanunvericiliklə göndərilməsi qadağan edilmiş əşyaların qoyulmasına və ya göndərilən əşyaların lazımi qaydada qablaşdırılmaması nəticəsində digər poçt göndərişlərinin zədələnməsinə və xarab olmasına görə poçt rabitəsi operatoru və istifadəçilər eyni miqdarda maddi məsuliyyət daşıyırlar.
Vətəndaşların diqqətinə çatdırılır ki, bu kateqoriyadan olan məhsullar aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən saxlanıla və müsadirə oluna bilər. Ona görə də hər bir istifadəçi poçt vasitəsilə göndəriş həyata keçirməzdən əvvəl əşya və malların daşınması və idxalı ilə bağlı tətbiq olunan hüquqi tələbləri dəqiqləşdirməlidir.
İKTA vətəndaşları sifariş etdikləri və ya göndərmək istədikləri məhsulların daşınmasının hüquqi rejimini əvvəlcədən yoxlamağa, zərurət yarandıqda tənzimləyici quruma, AQTA-ya və ya poçt rabitəsi operatorlarına müraciət etməyə çağırır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı
-
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
-
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırıb
-
Məhərrəm Müzəffərov xəstəxana direktoru təyin edildi
-
Sabah yola çıxanların nəzərinə - Görünüş məsafəsi azalacaq
XƏBƏR LENTİ
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı
-
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
-
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
-
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırıb
-
Antalyada Birinci xanım Mehriban Əliyeva və Əminə Ərdoğandan səmimi görüntülər - (Foto)
-
Məhərrəm Müzəffərov xəstəxana direktoru təyin edildi
-
Babək prospektində “BMW”nin körpüdən aşmasının anbaan videosu
-
Sabah Balakəndə qaz kəsiləcək
-
“PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - (Foto)
-
Tehran öz dininə xəyanət edir
-
Pakistanda polis dəstəsinə hücum - 11 nəfər öldü, 12 yaralı var
-
Sabah yola çıxanların nəzərinə - Görünüş məsafəsi azalacaq
-
Bir balıq ovu 2 min manata başa gələ bilər
-
22 yaşlı futbolçu məşq zamanı öldü
-
Samir Bayramlı: “Ad günümə gəlmədiniz, pulu kartıma göndərin” - (Video)
-
Bu marşrutlarla gedən sərnişinlərin diqqətinə
-
Yağışlı havada hansı yeməkləri yemək lazımdır?
-
Rəqsanə qızı Yana əməliyyatdan sonra ilk dəfə – Yeni görünüşü - (Video)
-
Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur - (Foto)
-
“AzParking” sürücülərə müraciət etdi
-
"Trabzonspor"un futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı





