Mənzil təminatında rüşvət işi - Vəzifəli şəxs məhkəmə QARŞISINDA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rüstəmov Əvəz Əli oğlunun Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsinin bölmə rəisi, habelə həmin Hissənin rəisi vəzifəsini müvəqqəti icra etdiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə qeyd olunan Nazirlikdən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Milli.Az xəbər verir ki, ibtidai istintaqla Əvəz Rüstəmovun sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş qeyd olunan Hissənin işçiləri və digər vətəndaşların xidməti mənzillə təmin olunması, kirayə müqaviləsinin tərtib edilməsi və onların qeydiyyata alınması müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə, habelə işlə təmin olunma ilə bağlı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə nüfuz alveri etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilməklə barəsində yaşı və səhhəti nəzərə alınmaqla, məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Milli.Az
XƏBƏR LENTİ
-
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
-
Paşinyanın reytinqi Kremldə narahatlıq yaratdı - Son sorğu
-
Yundan istifadə edərək sümüklərimizi bərpa etmək mümkündür: Tibdə inqilabi kəşf
-
Rəvan Qarayevin toyundan görüntülər - FOTO
-
Azərbaycandakı müharibə əlillərinin rəsmi sayı açıqlandı
-
DİM məlumat yaydı
-
Qurban Qurbanov qərarını VERDİ
-
Kamilo Duran transferi maliyyə mübahisəsi yaratdı
-
İrandan İsrailə sərt BƏYANAT
-
Azərbaycanlıların xaricə səfərlərində azalma qeydə alınıb
-
Siyəzəndə körpü uçdu
-
Ədliyyə Nazirliyi tender elan edib
-
Əməkdar artist vəsiyyətini açıqladı
-
PSJ - Arsenal oyununu bu kanallardan izləyə bilərsiniz
-
Mərkəzi Bank təlim xidmətləri üçün tender elan etdi
-
“Qarabağ” “Beşiktaş”la qarşılaşa bilər
-
Bu tarixə qədər qarpız yeməyin
-
Qabiliyyət imtahanlarına qeydiyyat üçün son günlər
-
Qabiliyyət imtahanlarına qeydiyyat üçün son günlər
-
Məşhur futbolçu saxlanıldı
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
FHN xilasediciləri sıxılmış sürücünü avtomobildən çıxardı - VİDEO
-
Bakıda mənzili talayan qardaşlar və onların əlbir olduğu şəxs saxlanıldı
-
Reha Muxtar xəstəxanaya yerləşdirildi





