Bakının Xətai rayonu NZS qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, naməlum şəxs 2 nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirib.
Yaralılar Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdiriliblər.
Bildirilib ki, bıçaqlanan şəxslərdən 32 yaşlı V.Ağayev dalaşanları ayırmağa çalışırmış. O, iki bıçaq xəsarəti alıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, martın 18-də Xətai rayonu ərazisində iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub:
"Əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı Y.Qriqoryev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda faktla araşdırma aparılır".
Milli.Az





