Mingəçevir sakininə xəsarət yetirən şəxs tutulub.
Milli.Az xəbər verir ki, şəhərin bağlar yaşayış massivində 1980-ci il təvəllüdlü Zaur Nəbiyevin üzərinə spirt tökərək yandırmaqda şübhəli bilinən 46 yaşlı N.Mikayılov polis tərəfindən saxlanılıb.
Onun psixi problemlərinin olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo
Milli.Az





