Hadisə, Kriminal

40 yaşlı qadından 6 kiloqram narkotik aşkarlandı

7 Fevral 2026 11:40
Baxış: 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 40 yaşlı Ş.Bayramova saxlanılıb.

Milli.Az xəbər verir ki, ondan 6 kiloqrama yaxın marixuana, külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, həmçinin psixotrop tərkibli 120 ədəd preqabalin həbi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib./Trend

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.