Hadisə, Kriminal

Vətəndaşları maşınsız qoyan dələduz 2 ildən sonra tutuldu

11 May 2010 18:54
Baxış: 161
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, həmin şəxs Bərdə sakini Raqub Əkbərovdur.
O, Gəncə şəhər sakinləri Rövşən Şahnəzərov və Seymur Verdiyevlə birgə 2008-ci ilin iyul-avqust aylarında müxtəlif şəxslərə məxsus avtomobilləri ələ keçirib ehtiyat hissələrini satmaqda təqsirli bilinir.

Dəstə üzvləri Gəncə, Bakı və Yevlax sakinlərinin etimadını qazanaraq onlara məxsus xarici avtomobilləri ələ keçirib, sonra isə həmin avtomobilləri sökərək ehtiyat hissələrini satmağa cəhd edib. Onlardan iki nəfəri yaxalansa da, R.Əkbərov iki il məsuliyyətdən yayına bilib.

Əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayan R.Əkbərov ilkin dindirmə zamanı özünü təqsirli bilməyib.
Faktla bağlı istintaq aparılır.

Anar Məmmədov
Milli.Az 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.