Hadisə, Kriminal

Azərbaycanda özünün danışıq dili olan məşhur cibgir tutuldu - YENİLƏNİB - VİDEO - FOTO

6 Mart 2012 13:02
0 Şərh     Baxış: 228
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
05.03.2012
20:39


Rayon Polis Şöbəsindən Milli.Az-a verilən məlumata görə, Zərdab rayon sakini, 45 yaşlı Xaliq Salıyev 2003-cü ildən peşəkar cibgirliklə məşguldur və bu işdə onun müəllimi isə Şəkidən olan Ruslan adlı bir cibgir olub.

Saxlanılan Xaliq Salıyev ifadəsində deyib ki, cibgirliyi Bakıda marşurut avtobuslarında etsə də, kameralara və polis sıxlığına görə hec vaxt metroya girmirmiş. İlk oğurluğu 60 manatla başlayan cibgir Xaliqin son ogurluqu 300 manat olub.

Qeyd edək ki, cibgirlərin özünəməxsus danışıq dilləri də var. Onlar marşrutlara minərkən  2 və ya 4 nəfər olurmuşlar. Elə orada özlərini şübhələndirməmək ücün öz dillərində danışır, hec kəsin anlamamasından daha da rahat istifadə edirmişlər. Məsələn, cibgirlərin dilində cantaya (veşilka), pulqabıya (dəri), polisə (uşi) deyirlər.

Qeyd edək ki, peşəkar cibgir narkotik maddə olan heroini üzərində gəzdirdiyinə görə saxlanılıb və bu, onun 5-ci məhkumuqu olacaq. Rayon Polis Şöbəsinin müstəntiqi İlkin Kərimovun verdiyi məlumata görə, hazırda Ədliyyə Nazirliyinin Pentensiyar Xidmətinin 4 sayli cəzacəkmə məntəqəsində qeydiyatdadır.

Zərdab rayon polis şöbəsinin saxladıqı Xaliq Salıyevin istintaqa ilkin verdiyi məlumata görə, 150-200 cinayət əməli törədib. Artiq "qəhraman" barəsində cinayət işi başlanılıb.


------------------
06.03.2012
13:02

Böyütmək üçün şəkillərə klikləyin.





-------------------
05.03.2012
23:44


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.






Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.