Hadisə, Kriminal

Universitet rektoru həbs edildi: sifarişli qətl ittihamı...

23 Dekabr 2021 18:12
0 Şərh     Baxış: 1 284
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvanın Basmannı məhkəməsi sifarişli qətldə təqsirləndirilən Kazan Federal Universitetinin rektoru İlşat Qafurovu fevralın 21-də həbs edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məhkəmə istintaqın vəsatətini təmin edib və İlşat Qafurov barəsində həbs-qətimkan tədbiri seçilib.

Artıq rektora müvafiq maddə ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Qafurov bir neçə il əvvəl Tatarıstanda baş vermiş qətldə əli olmaqda şübhəli bilindiyi üçün Kazanda saxlanılıb.

Yerli mətbuatın yazdığına görə, rektorun regional mütəşəkkil cinayətkar qruplardan biri ilə yaxınlığı ehtimal edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.