Kriminal

Erməni casusların məhkəməsi təxirə salındı - YENİLƏNİB

26 İyul 2021 16:35
0 Şərh     Baxış: 1 494

16:35

Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prosesdə hakim bildirib ki, təqsirləndirilən şəxslərə verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə, 15 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Təqsirləndirilən şəxslər Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç ittiham üzrə özlərini qismən təqsirli biliblər. Bildiriliblər ki, Azərbaycan dövlət sərhədini qanunsuz keçiblər.

Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadəsi ziddiyət təşkil edib.

Prosesdə fasilə elan edilib.

Fasilədən sonra prosesdə Gevorg Sujyanın istintaqa verdiyi ifadənin davamı elan edilib.

Gevorg Sujyan istintaqa verdiyi ifadəni təsdiqləməyib.

Prosesin davamında digər təqsirləndirilən Davit Davtyan sərbəst ifadə verib.

O da Gevorg Sujyanla eyniməzmunlu ifadə verib.

Davit Davtyanın da istintaqa verdiyi ifadə elan edilib.

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiqləməyib.

Proses iyulun 28-nə qədər təxirə salınıb.

-------

13:46

Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prosesdə hakim bildirib ki, təqsirləndirilən şəxslərə verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə, 15 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Təqsirləndirilən şəxslər Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç ittiham üzrə özlərini qismən təqsirli biliblər. Bildiriliblər ki, Azərbaycan dövlət sərhədini qanunsuz keçiblər.

Prosesdə sərbəst ifadə verən Gevorg Sujyan bildirib ki, Ermənistanda xeyriyyə təşkilatı var: "Müharibə başlayan zaman məni tanıyanlar yardımlar gətirməyə başladılar. Mən həmin yardımları toplayaraq orada olan əsgərlərə, hərbçilərə, Xankəndidə vətəndaşlara köməklik edirdim. Mən həmin yardımların hamısını "Facebook" səhifəmdə paylaşırdım. Gorusdan yardımları toplayıb, Xocavənd rayon ərazisində hərbi hissələrə aparırdım. Hər birinin şəklini çəkib, yardım verən adamlara atırdım. Şuşaya da ibadət üçün gəlmişəm. Orada jurnalistlərə açıqlamalar da verdim, daha sonra Xankəndidə olan vəziyyətlə bağlı videoçarxlar hazırlayaraq sosial şəbəkələrdə paylaşmışdım. Noyabrın 10-da kapitulyasiya aktından sonra qərara gəldim ki, Xankəndiyə gedim. Çünki orada bizə çoxlu müraciətlər var idi. Onlara yardımlar aparmalı idim. Ayın 11-də Laçın dəhlizindən, rus sülhməramlıların yanından keçdik. Maşınımızı yoxladılar. Biz onlardan keçib-keçmədiyimizi soruşduq. Onlar bizə icazə verdilər. Dəhlizlə yolumuza davam etdik. Bir zaman gördük ki, Azərbaycan bayrağı görünür. Biz həmin yerdə dayandıq. Bu zaman Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlandıq və həbs edildik".

Prokurorun suallarına cavab olaraq Gevorg Sujyan bildirib ki, 2018-ci ildən "Yeni Ermənistan Vətən" Diaspora təşkilatını təsis edib: "Heç zaman xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməmişəm. Artak adlı şəxsi tanımışam. Lakin onun xüsusi xidmət orqanının əməkdaşı olduğundan xəbərim olmayıb. Mən onu Rusiyada yaşayan ermənilərin təşkilatının rəhbəri kimi tanımışam. Davitlə 2020-ci ilin yay aylarında tanış olmuşam. Yardımları onunlar birlikdə aparırdım. Silah-sursatdan istifadə etməmişəm. Lakin bir dəfə döyüş bölgəsində əsgərdən silahını alıb şəkil çəkdirmişəm".

Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadəsi ziddiyət təşkil edib.

O istintaqa ifadəsində deyib ki, atası Rusiya vətəndaşıdır və Sankt-Peterburq şəhərində yaşayır: "Uzun müddət həmin şəhərdə ailəliklə yaşamışıq. Məktəbi Ermənistanın Şirak vilayətində bitirmişəm. Univeristeti Rusiyada bitimişəm. Daha sonra hərbi xidmətimlə əlaqədar Ermənistana qayıtmışam. Peşəkar boksla məşğul olmuşan. Bu səbəbdən hərbi xidmətdə Kirivokan şəhərində kəşfiyyatçı kimi xidmət etmişəm".

Təqsirləndirilən şəxs istintaqda ifadəsində qeyd edib ki, 2019-cu ildə yaz aylarında Ermənistan xüsusi xidmət orqandan bir nəfər ona zəng edərək görüşməyi təklif edib:
"Mən də qanun qarşısında təmiz olduğumdan Artak adlı xüsusi xidmət orqanı əməkdaşı ilə görüşdüm. O, mənə təşkilatımla bağlı suallar verdi. Pul köçürmələri ilə bağlı problem olduğunu, çirkli pullarla bağlı köçürmələr olduğunu dedi. Bu səbəbdən mənə qarşı cinayət işinin açılacağını və həbs edəcəklərini qeyd etdi. Mən də həbs olunmaqdan qorxduğum üçün onlarla əməkdaşlıq edəcəyimə söz verdim və iltizama qol çəkdim. O, müxtəlif vaxtlarda mənə tapşırıqlar verəcəyini dedi. 27 sentyabr 2020-ci ildə müharibə başlayandan sonra Artak mənə zəng edərək görüşməli olduğumuzu dedi. Səhəri gün kafedə biz görüşdük. O, mənə vəziyyətin pis olduğunu və Ermənistanın mənim kimi oğlanlara ehtiyacı olduğunu bildirdi. Mən özüm də silahlı birləşmələrdə iştirak etmək istədiyimi dilə gətirdim. O mənə tapşırıq verdi ki, döyüş bölgəsində Azərbaycan ordusunun olduğu mövqeləri, saylarını və texnikaları ilə bağlı məlumat toplayıb ona deyim. Mən məcbur qalıb onunla razılaşdım. Davitlə birlikdə hərəkət edəcəyimi ona bildirdim. Artak da bununla razılaşdı. Biz səhəri gün Gorus istiqatimətindən Azərbaycan ərazisinə keçdik".

Prosesdə fasilə elan edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

-------

11:15

Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

-------

08:20

Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə məhkəmə istintaqının açıq elan ediləcəyi və prokurorun ittiham aktını elan edəcəyi gözlənilir

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah saxlama), 276-cı (casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.