Gənc qızı aldadadaraq Kürün sahilinə aparıb zorlamaqda ittiham edilən şəxsin şikayəti təmin edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tovuz rayonunda Ceyhun Nuriyev 1993-çü il təvəllüdlü həmyerlisi Məlahət Əhmədovaya (ad və soyad şərtidir - red.) təcavüz edib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Ceyhun Nuriyev 2019-cu ilin avqust ayının əvvəllərindən "VAZ 2106" markalı avtomaşınla ayrı-ayrı vaxtlarda bir neçə dəfə taksi xidməti göstərdiyi həmkəndlisi Məlahət Əhmədova ilə cinsi əlaqədə olmaq qərarına gəlib.
Məlahət Əhmədovanı Tovuzun Qovlar kəndindən evlərinə apararkən istəyinə çatmaq üçün münasib şəraitin yarandığını görüb. Məlahət Əhmədovanı evi əvəzinə Ceyrançöl qış otlaq sahəsinə aparıb. Ona guya anasının Kür çayının kənarında tanışı ilə yeyib içdiyini, sərxoş olduğuna görə vəziyyətinin yaxşı olmadığını bildirib. Bu sözləri eşidən Məlahət Əhmədova həmin yerə getməyə razılaşıb.
Ceyhun Nuriyev avtomaşınla Məlahət Əhmədovanı Ceyrançölün Tovuz rayonu ərazisində yerləşən hissəsinə, çöllük əraziyə aparıb. Həmin ərazidə avtomaşını saxladıqdan sonra arxa oturacağa keçib və Məlahət Əhmədovanın qolundan tutub, onunla cinsi əlaqədə olmaq istədiyini bildirib.
Məlahət Əhmədova təklifi rədd edib, onu yumruqla vuraraq müqavimət göstərib, səs-küy salıb.
Bunu görən Ceyhun Nuriyev zor tətbiq etməklə və öldürmə hədəsi ilə Məlahət Əhmədovanı zorlamaq qərarına gəlib. O, avtomobilin salonundan götürdüyü rezin şarı Məlahət Əhmədovanı boğaz nahiyəsinə keçirib və əli ilə vurmaqla ona fiziki zor tətbiq edib. Daha sonra avtomobilin saxlanc yerindən götürdüyü bıçağı nümayiş etdirib və Məlahət Əhmədovanı öldürməklə hədələyib.
Ceyhun Nuriyev əvvəlcə özü soyunub, daha sonra avtomobilin arxa oturacağında olan Məlahət Əhmədovanı fiziki zor tətbiq ilə soyundurub, onunla zorla cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Ceyhun Nuriyevin barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bir müddət əvvəl hakim Nural Əliyevin sədrliyi ilə baş tutan iclasda Ceyhun Nuriyevin vəkili Zabil Qəhrəmanov vəsatətlə çıxış edib. O, ibtidai istintaq zamanı kobud prosessual pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya qaytarılmasına dair qərar qəbul edilməsini xahiş edib.
Dövlət ittihamçısı isə vəsatətin təmin olunmamasını, cinayət işinin məhkəmə baxışına verilməsini istəyib. Hakim heyəti vəsatəti təmin edib. İbtidai istintaq zamanı kobud prosessual pozuntulara yol verilən halların aradan qaldırılması üçün cinayət işi prokurorluğa qaytarılması barədə qərar verilib.
Cinayət işi yenidən Tovuz Rayon Prokurorluğuna göndərilib. Aparılan istintaq araşdırması zamanı əvvəlki dövrdə baş verən qanun pozuntusu aradan qaldırılıb və iş yenidən baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün yenidən hakim Nural Əliyevin icraatına verilib. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə baxışı martın 4-nə təyin olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu: 17 yaşlı oğlu tutuldu
XƏBƏR LENTİ
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır





