Kriminal

Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

13 Fevral 2021 10:49
Baxış: 1 662
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Caməmməd Əbubəkirov və Heydər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı fevralın 24-ə təyin edilib, prosesin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, hər iki şəxs xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.