Narkotik alveri edən dəstə saxlanıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a bildirilib ki, əldə edilmiş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Mətləb Şükürov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən 5 qramdan artıq güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb.
Araşdırmalarla M. Şükürovun ondan aşkar edilmiş narkotik vasitəni Yevlax rayon sakini, əvvəllər Rusiya Federasiyasında məhkumluq həyatı yaşamış Aqil Əsgərov ilə birlikdə satış məqsədi ilə əldə edib saxladıqları müəyyən edilib.
Davam etdirilən genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinin davamı olaraq narkotik vasitənin mənbəyi də polis əməkdaşları tərəfindən müəyyən edilib. Belə ki, M. Şükürov və A. Əsgərovun satış məqsədi ilə əldə etdikləri narkotik vasitəni Yevlax rayon sakini Fərid Həmidov vasitəsi ilə digər rayon sakini, əvvəllər Rusiya Federasiyasında məhkumluq həyatı yaşamış Feruz Mustafayevdən 150 manat pul müqabilində aldıqları məlum olub. F. Mustafayevin üzərinə baxış keçirilərkən ondan satış məqsədi ilə qablaşdırdığı heroin və marixuana da aşkar edilərək götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adı hallanan 4 nəfər şəxs şübhəli qismində tutulub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
XƏBƏR LENTİ
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib





