Kriminal

Tərtərdə dəhşətli qətl törədənlərin işi yenidən məhkəmədə

5 Yanvar 2021 17:06
Baxış: 1 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtər sakinini tamah məqsədilə öldürməkdə təqsirləndirilən Zamin Abbaszadə və Cavad Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Faiq Mahmudovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə baçlanacaq.

Qeyd edək ki, ötən ilin sentyabrında bu cinayət işi məhkəməyə göndərilmişdi.

Hakim Faiq Mahmudovun sədrliyi ilə sentybarın 30-da keçirilən hazırlıq iclasında istintaq orqanı tərəfindən müdafiə hüququnun kobud şəkildə pozulduğu məlum olub.

Belə ki, təqsirləndirilən şəxslərdən birinin vəsatəti əsasında cinayət işi yenidən araşdırılması üçün ibtidai istintaq qaytarılıb.

İttihama görə, hadisə 2019-cu il oktyabrın 2-nə keçən gecə Tərtər rayonunun Sarov kəndində qeydə alınıb.

Kənddə "Matı" ləqəbi ilə tanınan Niyaməddin Kərimovun tamah məqsədi ilə öldürüldüyü müəyyənləşib.

Qeyd edilib ki, 20 yaşlı Cavad Kərimov dostu, Kəngərli kənd sakini, 19 yaşlı Zamin Abbaszadəyə əmisində xeyli miqdarda pul olduğunu bildirib.

Zamin Abbaszadə Sarov kəndində yaşayan babasıgillə qonşu olan Niyaməddindən pulun alınması ilə birgə Cavadla plan qurublar.

Onlar 36 yaşlı kişinin sərxoş vəziyyətdə olmasından istifadə edərək ona qarşı zorakılıq ediblər və gecə saatlarında pul tələb ediblər.

Lakin Niyaməddin Kərimov həmin şəxslərə pul verməyəcəyini bildirib, müqavimət göstərib.

Bu zaman dostlar Niyaməddin Kərimovu qətlə yetiriblər.

Hər iki şəxs tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.