Kriminal

Lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanıldı

15 İyun 2024 13:07
Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdaşda lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, Ağdaş rayon Polis Şöbəsinə şəhər ərazisində lotereya biletlərinin satıldığı piştaxtalardan oğurluq edilməsi barədə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə əməli törədən, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilmiş  Ruslan Hacıyev saxlanılıb.

Onun bir neçə piştaxtadan 300-dən artıq lotereya bileti oğurladığı məlum olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.