Azərbaycandan keçməklə Avstriyaya kişmiş aparan iranlılardan külli miqdarda heroin aşkarlandı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Avstriya Respublikasına "kişmiş" yükü daşıyan iki ədəd "Daf" markalı 34 AA 941 / 34 AA 942 və 91 D 657-10 / 91 D58-10 qeydiyyat nişanlı yük avtomobillərində külli miqdarda narkotik vasitələrin gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumatda bildirilir ki, daxil olmuş məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda ölkəmizdən tranzit keçməklə Avstriya Respublikasına "kişmiş" yükü aparan İran İslam Respublikası vətəndaşları Mırzaeısaatlou Akbar Parvızın və Abdelıkhanghah Ramın Mashatlının idarə etdikləri yük avtomobilləri saxlanılaraq gömrük nəzarətinə cəlb olunublar.
Kinoloji xidmət itləri xüsusi işarə və hərəkətlərlə yük avtomobillərinə reaksiya verdiyindən Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları tərəfindən avtomobillər rentgen qurğusunda yoxlanılıb.
Şifahi sorğu-sual zamanı hər iki sürücü idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirsələr də, rentgen qurğusu vasitəsilə keçirilən baxış zamanı monitorda avtomobillərin yanacaq çənlərinin içərisində şübhəli cizgilər müşahidə olunub.
Baxış zamanı düzbucaqlı formalı yanacaq çənlərinin sonradan kustar üsulla iki hissəyə bölündüyü, həmin hissələrdən birində gömrük nəzarətindən gizlədilmiş tünd qəhvəyi rəngli, kəskin qoxuya malik, tərkibində narkotik maddənin-heroinin olduğu məhlul aşkarlanıb.
Mırzaeısaatlou Akbar Parvızin idarə etdiyi yük avtomobilinin yanacaq çənindəki gizli saxlanc yerindən tərkibindəki heroin narkotik vasitəsinin çəkisi 143 kiloqram 990 qram olan 374 litr, Abdelıkhanghah Ramın Mashatlının idarə etdiyi yük avtomobilindən isə tərkibindəki heroin narkotik vasitəsinin çəkisi 137 kiloqram 445 qram olan 357 litr məhlul aşkar olunub.
Ümumilikdə, hər iki yük nəqliyyat vasitəsindən külli miqdarda, 281kiloqram 435 qram narkotik vasitə-heroin aşkar edilib.
Nəqliyyat vasitələrinin sürücüləri cinayət hadisələrini törətmələrinə əsaslı şübhələr olduğundan şübhəli şəxs qismində tutulub və Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara ittiham elan edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
Brent neftinin qiyməti 1,51% artdı
-
Dünya və Avropa çempionunun toyu oldu - (Video)
-
Qazın qiyməti ucuzlaşdı
-
Paytaxtın 14 küçəsində tıxac var
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)





