Gömrükdə ƏMƏLİYYAT: 2 milyon manatlıq... - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında Gürcüstandan külli miqdarda dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.
Komitədən Milli.Az-a verilən məlumata görə, qeyd olunan faktla əlaqədar Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsində yaradılmış əməliyyat qrupu müəyyən edib ki, dərman preparatları DAF markalı 99 RM 810/60 ZA 811 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sənədlərdən aldatma yolu ilə ölkə ərazisinə gətiriləcək, sonra isə Qazax rayon ərazisində eyni markalı digər nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanları ilə dəyişdirilməklə Bakı şəhərinə aparılacaq. Beləliklə, yaradılan əməliyyat qrupu sözügedən nəqliyyat vasitəsini nəzarətə götürüb. Nəzarətə götürülən həmin yük avtomobili 16 sentyabr 2019-cu il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postundan ölkə ərazisinə daxil olub və postun yaxınlığındakı rentgen qurğusundan keçməyərək birbaşa Qazax rayonun ikinci Şıxlı kəndinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlib. Qeyd olunan ərazidə Gürcüstandan dərman vasitələrini gətirən Azərbaycan Respublikası vətəndaşı Qədirov Xəqani Dilqəm oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət nömrə nişanları açılaraq həmin əraziyə əvvəlcədən gətirilmiş eyni markalı, zahiri görünüşcə bənzəyən Azərbaycan Respublikasının vətəndaşı Qədirov Vüqar Dilqəm oğlunun idarə etdiyi digər DAF markalı 99 RL 810 / 99 ZA 811 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat nişanları ilə dəyişdirilib və dərman vasitələri daşıyan nəqliyyat vasitəsi Bakı şəhəri istiqamətində hərəkətini davam etdirib. Sonra dövlət nömrə nişanı dəyişdirilən digər avtomobil rentgen qurğusundan keçmək üçün gömrük postuna yola düşüb. Əməliyyat qrupu dərhal Bakı şəhəri istiqamətində yola düşən, eyni zamanda rentgen qurğusundan keçmək üçün əraziyə gedən hər iki yük avtomobilini saxlayaraq "Qırmızı Körpü" gömrük postuna gətirib. Bundan sonra Azərbaycan Respublikasının vətəndaşı Qədirov Vüqar Dilqəm oğlunun idarə etdiyi, ölkə ərazisinə 99 RM 810 / 60 ZA 811 dövlət nömrə nişanı ilə daxil olan, sonra dəyişdirilərək 99 RL 810 / 99 ZA 811 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Bu zaman nəqliyyat vasitəsinin yük yerində olan qutulardan mal müşaiyyət sənədlərində göstərilməyən 850 adda təqribi 2 milyon manat dəyərində dərman preparatları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İstanbulda dəhşətli QƏTL: Qayınana gəlinini güllələdi - FOTOlar
-
Azərbaycanda qadın həyat yoldaşını bıçaqladı
-
Əhməd tibb müəssisəsindən qaçıb? - DİN-dən AÇIQLAMA
-
Məktəbdəki hadisədə 2 güllə yarası almışdı - 18 gün sonra ÖLDÜ
-
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər TUTULDU
-
Efirdə yardım istədi, günlər sonra ÖLDÜRÜLDÜ - VİDEO
XƏBƏR LENTİ
-
3 bürc üçün may ayında romantik görüş baş tutacaq
-
Bir stəkan pivə sağlamlıq üçün faydalı imiş
-
İşə gedənlər üçün pozitiv qalmağın YOLLARI
-
1 həftə bunu edin - Nəticəyə özünüz də inanmayacaqsınız
-
Səhər, günorta, yoxsa axşam? - Duş almağın ən uyğun vaxtları
-
Sadə resept, böyük dad - Südlü qarğıdalı piroqu
-
Konsertə yeni sevgilisi ilə qatıldı - FOTO
-
Ağ Ev yaxınlığında Trampın çıxışı zamanı atışma oldu
-
İsti kran suyu ilə yemək hazırlamaq təhlükəsizdirmi?
-
Evinizə arı gəlirsə, bunun 3 mənası var
-
Murat Dalkılıçın 13 dəfə əməliyyat etdirdiyi burnunun son halı - FOTO
-
Ukrayna bu tarixdən “sükut rejimi” elan edir
-
Günün qoroskopu: taleyin pıçıltısını eşidəcəksiniz
-
Fatimə anasının xəstəxanadan FOTOsunu paylaşdı
-
Qurban Qurbanovdan Juninyo ilə bağlı açıqlama
-
Tramp: "İran yer üzündən silinəcək"
-
Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılış mərasimində iştirak edib - FOTO
-
Gənc oğlan futbol oynayarkən öldü
-
"Mehmet Fetihler Sultanı"nda gözlənilməz ayrılıq - FOTO
-
Braziliyada təyyarə binaya çırpıldı - Ölən və xəsarət alanlar var - VİDEO
-
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO
-
Nəsrin Cavadzadə toy FOTOlarını paylaşdı
-
Məscidin yanında 2 yaşlı uşaq tapıldı - Adını bilmir - FOTO
-
“Qarabağ” “Turan Tovuz”u məğlub edib





