Tanınmış iş adamı hüquqşünası niyə güllələdi? - Öldürülən keçmiş məhkəmə sədri olub - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
16:01
Tovuz rayon sakini Firudin Ələkbərlinin qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.
Bu barədə özəl olaraq Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
E.Sultanovun sözlərinə görə, iş üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, sentyabrın 13-də səhər saatlarında 1959-cu il təvəllüdlü Əli Şamıyev Tovuz rayonunda nümayəndəlik fəaliyyəti ilə məşğul olan 1963-cü il təvəllüdlü Firudin Ələkbərlini Tovuz şəhərində şəxsi münasibətlər zəminində odlu silahdan atəş açmaqla qəsdən öldürüb. Faktla bağlı dərhal hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Ə.Şamıyevin F.Ələkbərlini qəsdən öldürməsinə kifayət qədər şübhələr olduğundan o şübhəli şəxs qismində tutulub.
--------
12:08
Tovuz rayonunda törədilən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Milli.Az bildirir ki, Trend-ə daxil olan məlumata görə, qətl hadisəsini törədən - 1959-cu il təvəllüdlü Əli Şamıyev əslən Tovuz rayonunun Yanıqlı kəndindəndir və uzun müddət Rusiyada biznes fəaliyyəti ilə məşğul olub. Qətlə yetirilən Firudin Ələkbərli isə vəkil olmasa da Tovuz rayonunda və digər ətraf rayonlarda nümayəndəlik kimi fəaliyyət göstərirmiş.
Hadisənin baş verməsinə səbəb isə tərəflər arasında pul söhbəti olub. Belə ki, Ə.Şamıyev hansısa bir mübahisəli məsələ ilə bağlı F.Ələkbərliyə müraciət edib.
F.Ələkbərli isə həmin problemin həll edilməsinə görə Ə.Şamıyevdən 5 min manat tələb edib. Məsələnin həlli yubandığından Ə.Şamıyev pulu F.Ələkbərliyə çatdırmayıb.
Məlumata görə, hadisədən bir gün əvvəl Ə.Şamıyev F.Ələkbərlinin çağırışı ilə onun Tovuz rayonunun mərkəzindəki ofisinə gəlib. F.Ələkbərli ofisdə Ə.Şamıyevi hədələyib və onun üstünə tapança çəkərək bildirib ki, 5 min manatı ona çatdırmayacağı təqdirdə şantaj yolu ilə ondan 10 min manat alacaq.
F.Ələkbərlinin bu hədələrindən bezən Ə.Şamıyev evə qayıdaraq kustar üsulla hazırlanmış odlu silah əldə edib. Ə.Şamıyev sentyabrın 13-də səhər saatlarında F.Ələkbərlinin ofisinə gəlib. F.Ələkbərli Ə.Şamıyevi yenidən təhdid edərək pulu tələb edib. Nəticədə Ə.Şamıyev özü ilə gətirdiyi silahdan atəş açıb. F.Ələkbərli təcili tibbi yardımla Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.
Hadisəni törədən Ə.Şamıyev isə Tovuz Rayon Polis Şöbəsinə gedərək cinayəti törətdiyini etiraf edib və könüllü olaraq təslim olub.
Faktla bağlı dərhal hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.
Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Ə.Şamıyevin F.Ələkbərlini qəsdən öldürməsinə kifayət qədər şübhələr olduğundan o şübhəli şəxs qismində tutulub.
----------
10:44
Tanınmış hüquqşünas, 1963-cü il təvəllüdlü Firudin Ələkbərlinin qətlinin təfərrüatı məlum olub.
Milli.Az bildirir ki, Tovuz Rayon Polis Şöbəsindən oxu.az-a verilən məlumata görə, hüquqşünas stansiyasının yaxınlığında yerləşən ofisinin yanında vurulub.
Cinayətdə günahlandırılan 1959-cu il təvəllüdlü, "Göl Əli" ləqəbli iş adamı Şəmiyev Əli Məhərrəm oğlunun restoran və hotellər şəbəkəsinin sahibi olduğu bildirilir.
İlkin araşdırma zamanı məlum olub ki, şəxslər arasında münaqişə hüquqşünasın iş adamının obyektlərinin tikintisi zamanı yol verdiyi qanun pozuntuları barədə dövlət qurumlarına şikayət etdiyi üçün başlayıb.
Belə ki, hüquqşünas iş adamına məxsus hotelin Tovuzun magistral su kəmərinin yaxınlığında tikildiyini müəyyənləşdirib və ondan şantaj yolu ilə pul tələb edib. Bir neçə dəfə hüquqşünasın istəyini yerinə yetirən iş adamı sonuncu görüşdə üzərində gətirdiyi "Makarov" tipli tapançadan F.Ələkbərliyə üç dəfə atəş açıb. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan hüquqşünas orada ölüb.
Məlum olub ki, öldürülən hüquqşünas 90-cı illərin əvvəllərində Tovuz Rayon Məhkəməsinin sədri olub.
----------
10:24
Tanınmış hüquqşünas Firudin Ələkbərli bu gün səhər saatlarında Tovuzda baş verən silahlı insident zamanı yaralı halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Tovuz Rayon Polis Şöbəsindən məlumat verilib.
Cinayətdə günahlandırılan "Göl Əli" ləqəbli iş adamı Şəmiyev Əli Məhərrəm oğlunun restoran və hotellər şəbəkəsinin sahibi olduğu bildirilir. Təqsirləndirilən şəxs hadisədən sonra polisə təslim olub.
----------
10:10
Tovuz rayonunda güllələnən keçmiş vəkil dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, bu gün səhər saatlarında güllələnən Firudin Ələkbərli xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
---------
09:58
Tovuz rayonunda tanımış vəkilin güllələnməsinin bəzi detalları məlum olub.
Milli.Az sfera.az-a istinadən xəbər verir ki, vəkil Firudin Ələkbərlini rayonda "Göl Əli" kimi tanınan şəxsin vurduğu bildirilir.
İlkin məlumatlara görə, vəkil otağına keçib və təxminən 15 dəqiqə sonra adıçəkilən şəxs içəri girərək vəkili güllələyib və ərazidən uzaqlaşıb.
F.Ələkbərli xəstəxanaya çatdırılıb. Hadisə yerinə Tovuz Rayon Rayon Polis İdarəsinin və Prokurorluq orqanlarının rəsmiləri cəlb olunub.
Qeyd edilir ki, "Göl Əli" ilə vəkil arasında bir müddətdir narazılıq yaranıb. Hadisənin məhz bu narazılıqdan qayanaqlandığı ehtimal edilir.
----------
09:43
Tovuz rayonunda tanımış vəkil güllələnib.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, vəkil Firudin Ələkbərli rayonun mərkəzində odlu silahdan güllələnib.

Vəkil təcili xəstəxanaya yerləşdirilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
XƏBƏR LENTİ
-
Bakıda arvadını pul vermədiyi üçün tava ilə döydü
-
Pünhan toyunda həmkarlarını "ağ yuyub, qara sərdi": "Çoxunun məni gözü götürmür" - (Video)
-
"Sabah" - "Slaviya" oyununa 45 minə yaxın bilet satılıb
-
Merve Özbeyin konsertdə başına iş gəldi: Xəstəxanaya aparıldı
-
Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol
-
İbrahim Borçalının evində şad gün (Foto)
-
Bu olsa, Kənan Yıldız "Real"a transfer olunacaq
-
Elgiz bağ evini nümayiş etdirdi - (Video)
-
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye





