Bakıda mağazada keçmiş həyat yoldaşını döyən şəxs saxlanıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar və xuliqanlıq hərəkətləri edən Beyləqan rayon sakini Məhəmməd Bayramov saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Binəqədi qəsəbəsində yerləşən mağazalardan birində işləyən M.Bayramovun keçmiş həyat yoldaşı Səfurə Bayramova polis bölməsinə şikayət edərək bildirib ki, iş yoldaşı Gülşən Rəsulova ilə obyektdə olan zaman ərinin hücumuna məruz qalıb. M.Bayramovun hər iki qadına qarşı fiziki güc tətbiq edib onlara xuliqanlıq zəmində xəsarət yetirməsi mağazanın müşahidə kameraları vasitəsilə lentə alınıb.
43-cü Polis Bölməsinə gətirilən M.Bayramovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun başqa cinayətlər törətdiyi də məlum olub. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs paytaxtın Nizami rayonunda Xəyal Qubadov adlı şəxsə məxsus "Niva" markalı avtomobilin qabaq qapısını açaraq nəqliyyat vasitəsinin salonundan 372 manat pul, avtomaşına aid sənədlər və 1 ədəd mobil telefonu da oğurlayıb. M.Bayramovun həmin avtomobilin salonunda oğurluq etməsi də təhlükəsizlik kameraları vasitəsilə görüntülənib.
M.Bayramov, həmçinin Binəqədi qəsəbəsi və Sabunçu rayonu Ramana qəsəbəsində müxtəlif vətəndaşlara məxsus 12 fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olaraq məişət əşyaları oğurladığı da sübuta yetirilib. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polislər tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edilən faktlarla bağlı toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
Avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanın nefti 127 dollara yüksəldi
-
Bu gün 124 mindən çox uşaq birinci sinfə gedir - Nazir
-
Serxio Ramos özünə yeni klub tapdı - İngiltərədə oynayacaq
-
Sentyabrın son günləri üçün 5 bürcə şad xəbər - Həyatları dəyişəcək
-
Xuraman Əlizadə canlı yayımda ağladı – (Video)
-
Qızıl və gümüş almaq istəyənlərin nəzərinə
-
Brent neftinin qiyməti 1,51% artdı
-
Dünya və Avropa çempionunun toyu oldu - (Video)
-
Qazın qiyməti ucuzlaşdı
-
Paytaxtın 14 küçəsində tıxac var
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)





