Arvadını öldürdü, qaynanasını öldürmək istədi, evi yandırdı - TƏFƏRRÜAT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bərdədə 27 yaşlı arvadını balta ilə qətlə yetirməkdə təqsirləndirilən Sadiq Hümbətov və Elçin Qurbanovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nural Əliyevin icraatına verilib.
Qeyd edək ki, hadisə bu ilin mart ayında Bərdə rayonunda baş verib. Rayonun Kətəlparaq kənd sakini Qarayev Eyvaz Qurban oğlunun evi yanıb, 1961-ci il təvəllüdlü Qarayeva Rahilə İbrahim qızı çoxsaylı bıçaq və yanıq xəsarətləri ilə 1991-ci il təvəllüdlü Qurbanova Nabat Eyvaz qızının yanmış halda meyiti Bərdə rayon mərkəzi xəstəxanasına daxil olub.
Həmin məlumat əsasında dərhal rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunub. Faktla bağlı rayon prokurorluğunda 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 29.120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə; yandırmaqla ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə məhkəmə tibb ekspertizası təyin olunub, digər zəruri istintaq hərəkətləri əyat keçirilib.
Hadisəni mərhum Nabat Qurbanovanın əri ,İmişli rayonu, Qaralar kənd sakini 1988-ci il təvəllüdlü Elçin Qurbanov törədib. O, martın 1-dən 2-nə keçən gecə ailə münaqişəsi zəminində arvadı Nabat Qurbanovanı kəsici alətlə qətlə yetirib, qayınanası Rahilə Qarayevanı kəsici alətlə öldürməyə cəhd göstərib. Daha sonra evdə olan 9 yaşlı qızını çölə çıxararaq evi yandırıb.
Bərdə Rayon Prokurorluğunun və rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakinləri - 1996-ci il təvəllüdlü Sadiq Şükür oğlu Hümbətov və 1997-ci il təvəllüdlü Elçin Natiq oğlu Qurbanov tutulublar.
Qeyd edək ki, N. Qurbanova və E.Qurbanov bir müddət öncə ayrılıblar. N. Qurbanova məhkəməyə müraciət edərək boşanmaq istəyib, lakin E.Qurbanov buna qarşı çıxıb. Məhkəmə də qanuni prosedura uyğun olaraq onlara barışmağı təklif edib. N. Qurbanova bundan imtina edib. Cütlük bu səbəbdən mübahisə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
Bu gün 124 mindən çox uşaq birinci sinfə gedir - Nazir
-
Serxio Ramos özünə yeni klub tapdı - İngiltərədə oynayacaq
-
Sentyabrın son günləri üçün 5 bürcə şad xəbər - Həyatları dəyişəcək
-
Xuraman Əlizadə canlı yayımda ağladı – (Video)
-
Qızıl və gümüş almaq istəyənlərin nəzərinə
-
Brent neftinin qiyməti 1,51% artdı
-
Dünya və Avropa çempionunun toyu oldu - (Video)
-
Qazın qiyməti ucuzlaşdı
-
Paytaxtın 14 küçəsində tıxac var
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür





