Kriminal

Bakıda tutulan FETÖ-çünün 15 il həbsi istənilir - FOTO

6 İyun 2019 17:26
0 Şərh     Baxış: 2 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

MİT-in keçirdiyi əməliyyatla ötən ilin dekabrında Azərbaycanda tutulan və Türkiyəyə aparılan FETÖ-çü müəllum Mehmet Gelenə qarşı 15 il həbs cəzası tələb edilir.

Milli.Az bildirir ki, qafqazinfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, Gelen əvvəlcə istintaqla əməkdaşlıq etmək istədiyini bildirsə də, verdiyi məlumatlar kifayət qədər olmadığından onun tələbi rədd edilib.

Mehmet "silahlı terror təşkilatına üzv olmaq", "təşkilata maliyyə yardımı etmək" maddələri üzrə təqsirləndirilir. Onun 2014-cü ilin fevral-mart-aprel aylarında Fətullah Gülənin çağırışı ilə təşkilata bağlı "Bank Asya"dakı hesabına  pul yatırımı edərək maddi yardım göstərib.

Gelen saxta İsrail pasportu ilə Almaniyaya qaçmaq istəyərkən Belarusda saxlanılıb və Azərbaycana qaytarılıb. O, "etirafçı2 olmaq istədiyini deyərək 18 nəfər FETÖ-çü haqda məlumat verib. Ancaq yeni iddianamədə Gelenin peşmanlıq qanunundan faydalanmaq tələbi "7 il xaricdə yaşayan və şübhəlilərdən yalnız 18 nəfəri təsbit etdiyi və onların da 12-si haqda əvvəlcədən FETÖ işi üzrə istintaq başladıldığı" əsaslandırılaraq rədd edilib.

Gelen isə ifadəsində saxta İsrail pasportunu Alim D. adlı şəxsin vasitəsilə tanımadığı şəxsdən 5 min dollar qarşılığında aldığını, 2012-2013-cü illərdə telefonuna "ByLock" və "defne"adlı proqramlar yükləyərək istifadə etdiyini boynuna alıb. Mehmet "Bank Asya"da hesabındakı pulun miqdarının artımının Gülənlə əlaqəsi olmadığını iddia edərək "evləndikdən sonra qızılları satıb bu hesaba qoydum" deyib.

Gelen haqqında FETÖ üzvlüyü səbəbindən araşdırmalara başlanılan Tekin T.nin qaynı olduğunu, həyat yoldaşı ilə həmin şəxs arasında pul sövdələşməsi barədə xəbərinin olmadığını deyib. Gelen arvadının Tekinə pul yollayarkən nə üçün "fleytanın do notu" yazdığını bilmədiyini deyib:

"Arvadım həmin vaxtlarda fleyta çalırdı. Bəlkə də aralarında zarafat olub".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.