Kriminal

“Qorxutmaq məqsədi ilə çıxardım” - Paytaxt sakinini kürəyindən bıçaqlayan şəxs - VİDEO - FOTO

16 Yanvar 2019 18:29
0 Şərh     Baxış: 1 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nizami rayonu Kamil Balakişiyev küçəsində paytaxt sakini İbrahim Fətdayev naməlum şəxs tərəfindən kürək nahiyyəsindən bıçaqlanıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə məlumat daxil olan kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Elxan Həsənov saxlanılıb. O, ifadəsində əməlini etiraf edib.

Elxan Həsənov - saxlanılan şəxs: "Pilləkənin ağzında dayandım. Bunlar məni dartışdıranda qorxutmaq məqsədi ilə bıçağı çıxartdım ki, məni buraxsınlar. Bu an arxadan boyun nahiyəmə yumruq dəydi, həmin an bıçaq ona dəyib, amma mən bilməmişəm".

İstintaq tədbirləri davam etdirilir.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.