Kriminal

İş adamının şikayəti rədd edildi - 12 milyon dollar...

18 Dekabr 2018 18:54
0 Şərh     Baxış: 1 993
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Ceyhun Canıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Ceyhun Canıyevin apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Canıyev 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, iş adamı Ceyhun Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla 12 milyon dollar mənimsəməkdə təqsirləndirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.