Kriminal

"Royal Bank"-ın Rza Zərrabla əlaqələri olubmu?

1 Dekabr 2016 15:36
0 Şərh     Baxış: 2 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da həbs edilən Güney Azərbaycan əsilli iş adamı Rza Zərrab yenidən məhkəmə qarşısına çıxarılıb. Onun ittiham aktına İranın "Mahan Air" şirkəti və R.Zərrabın qardaşı Məhəmməd Zərrab ilə bağlı epizodlar da əlavə olunub.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, daha sonra Zərrabın vəkili məhkəmə qarşısında onlara vaxt verilməsinə dair vəsatət qaldırıb. Hakim vəsatəti təmin edib və məhkəmənin gələn ilin oktyabrın 16-na qədər təxirə salınması ilə bağlı qərar verilib.

ABŞ-da bank saxtakarlığı və çirkli pulların yuyulması ilə ittiham olunan Rza Zərrabın Azərbaycanla hansısa bağlılığı olubmu?! Bu suala cavab tapmaq üçün Azərbaycanda bank sekorunda 4 il qabaq baş verən bir hadisəyə nəzər salmaq istəyirik.

2012-ci ilin 12 iyulunda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Royalbank" ASC-nin lisenziyasının ləğv edilməsi haqqında rəsmi açıqlama yayıldı. Bir həftə sonra isə "Royal Bank"ın Müşahidə Şurasının sədri, əslən iranlı Əli Cam və 1 saylı filialın müdiri Hikmət Rəcəbovun ölkədən qaçması haqqında məlumat yayıldı. Bakını tərk etməmişdən əvvəl onun Nərimanov filialından 1 milyon manat pul çıxardığı barədə də xəbərlər gəlir. Bir neçə ay sonra məhkəmə iclasları başlayır. "RoyalBank" ASC-nin vəzifəli şəxsləri özgə əmlakını külli miqdarda mənimsəmələrinə görə həbs edilirlər.

2013-cü il fevralın 7-də mətbuatda yayılan digər xəbərə görə, "RoyalBank"la bağlı məhkəmə çəkişmələrində ifadə verən Əli Cam prokurorun iş üzrə sorğusuna çox təhqiramiz cavab verib: "Olmasın mənim 20, 200 min və yaxud 2 milyon manatım. Mənim 220 milyon manat pulum var, lazım gəlsə, sizin ölkəni satın alaram".

2013-cü ilin dekabrın 9-da bu dəfə İNTERPOL-un saytında yerləşdirilən məlumata görə, "Royal Bank"ın direktoru, 29 yaşlı Fuad Cam mənimsəmədə ittiham olunur. Bir neçə ölkənin vətəndaşlığını daşıyan F.Camın hazırda ABŞ-da olduğu ehtimal edilir. O, bir neçə dəfə istintaqa dəvət olunsa da, boyun qaçırıb və buna görə də barəsində məhkəmənin hökmü ilə dövlətlərarası axtarış elan edilib.
Fuad Cam "Royal Bank"ın direktoru, onun atası Əli Cam isə bankın Müşahidə Şurasının sədri olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.