Kriminal

55 yaşlı qardaş 62 yaşlı bacısının boğazını üzdü - YENİLƏNİB - VİDEO

29 İyul 2014 16:18
1 Şərh     Baxış: 2 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəki rayonunda bıçaqlanma hadisəsi baş verib


15:09


Şəki şəhər-rayon Polis Şöbəsindən (RŞPŞ) APA-ya verilən məlumata görə, hadisə Şəki şəhəri, Şəhriyar küçəsi - ev 24 ünvanında qeydə alınıb. 1959-cu il təvəllüdlü, Bayram Mustafa oğlu Məmmədov ailə münaqişəsi zəminində bacısı, 1952-ci il təvəllüdlü Zöhrə Mustafa qızı Məmmədovaya boğaz nahiyəsindən bıçaqla xəsarət yetirib. Z.Məmmədova xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Şəki RMX-dan APA-ya verilən məlumata görə, Zöhrə Məmmədova boyun nahiyəsinin kəsilmiş və deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Zöhrə Məmmədovaya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Şəki ŞRPŞ-dən bildirilib ki, hadisəni törədən Bayram Məmmədov saxlanılıb, hazırda Polis Şöbəsində ondan izahat alınır. Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanıb.

----------
13:32

Bu gün Şəkidə ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, Məmmədov Bağban Mustafa oğlu bacısı Məmmədova Zöhrənin boğazına bıçaq zərbəsi endirib. Nəticədə zərərçəkmiş boğaz nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsi nəticəsində xəstənin qanaxması saxlanılıb.

Zərərçəkmişin vəziyyəti orta stabildir.

Milli.Az

----------
16:18

Videonu izləmək üçün şəkilə klikləyin.
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.