Kriminal

Tərtər hadisələrində ölən polkovnikin övladlarına 20 min veriləcək

14 Yanvar 2026 16:47
Baxış: 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2017-ci ildə Tərtər hadisələri zamanı ölən polkovnik-leytenant Saleh Qafarovun iki övladına kompensasiya ödəniləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bununla bağlı Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib.

İddiaçılar zabit atalarının ölümü ilə bağlı hərəsinə 600 min manat olmaqla təzminat tələb ediblər.

Bu iş üzrə cavabdeh qismində Maliyyə Nazirliyi tanınıb. Buna baxmayaraq, cavabdehin nümayəndəsi iddia ilə razılaşmayaraq bildirib ki, bu qurumun hərəkətləri nəticəsində iddiaçılara hər hansı zərər dəyməyib. 

Məhkəmə yekunda iddianı qismən təmin edib. Qərara əsasən, mərhum polkovnik-leytenantın övladlarının hərəsinə 10 min manat olmaqla, ümumilikdə 20 min manat təzminat ödəniləcək.

Qərardan həm iddiaçılar, həm də Maliyyə Nazirliyi narazı qalıb.

Qeyd edək ki, "Tərtər işi" üzrə istintaq yenilənəndən sonra mərhum Saleh Qafarova da bəraət verilib. 2024-cü ildə onun həyat yoldaşı Natəvan Qafarovaya 50 min manat təzminat ödənilib. 

"Tərtər işi"nin istintaqı yenilənəndən sonra içlərində yüksəkrütbəli zabitlər də olmaqla bir neçə hərbçi həbs edilib. Onların barəsində məhkəmə hökm çıxarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.