Meyiti tapılan Kamalın papağı başqa yerdə aşkarlanıb - Ayaqqabısının bir tayı isə yoxdur...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yanvarın 9-u Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Kamal Vahid oğlu Atakişiyevin meyitinin aşkarlanması ilə bağlı araşdırmalar davam edir.
Milli.Az xəbər verir ki, mərhumun ölümü ətrafında yaranan ziddiyyətli detallar istintaq üçün suallar doğurub.
Belə ki, həmin gün onun meyiti sahibkar Hacı Seyfələ məxsus daş karxanasında, torpaq qalaqlarının arasında aşkar edilib. Hadisə ilə bağlı yayılan məlumatlar isə bir-birini təkzib edir. İlkin diqqətçəkən detallardan biri onun ayaqqabılarından birinin tapılmaması olub. Bu fakt hadisənin adi bədbəxt hadisə olmadığı ehtimallarını gücləndirib.
Daha sonra istintaq zamanı daha bir müəmmalı məqam üzə çıxıb. İstintaqçılar ayaqqabının itmiş bir tayını axtardıqları vaxt Kamal Atakişiyevin papağı kəndin başqa bir küçəsində tapılıb. Papağın həmin əraziyə necə düşdüyü indiyədək naməlum olaraq qalır. Daha da maraqlısı odur ki, papağın aşkar edildiyi ərazidə aparılan axtarışlara baxmayaraq, ayaqqabının itmiş bir tayına rast gəlinməyib. Bu uyğunsuzluq hadisə ilə bağlı sualları daha da artırır. Əgər papaq K.Atakişiyevin başından düşübsə, onun niyə yerdən götürmədiyi, hansı vəziyyətdə olduğu və həmin anlarda nə baş verdiyi hələ də cavabsızdır.
Ayaqqabının bir tayının itməsi istintaq üçün təsadüfi detal deyil. Belə hallarda ayaqqabının tapıldığı yer çox vaxt hadisənin real baş verdiyi məkanı müəyyən etməyə imkan verir. Əgər mərhum hansısa ərazidə kiminləsə mübahisə edib, fiziki qarşıdurma yaşayıbsa, ayaqqabının məhz həmin məkanda qalması ehtimalı yüksəkdir. Bu məqam isə Kamal Atakişiyevin başqa bir məkanda öldürülməsi, meyitinin isə sonradan işlədiyi daş karxanasının ərazisinə atılması ehtimalını gündəmə gətirir.
Qarşıdurma, sürüklənmə və ya məcburi daşınma zamanı ayaqqabının çıxması kriminal təcrübədə tez-tez rast gəlinən hallardandır. Papağın bir küçədə, meyitin isə tamam başqa ərazidə tapılması hadisənin bir məkanda deyil, bir neçə nöqtədə baş verdiyi ehtimalını gücləndirir.
Yerli sakinlər arasında da K.Atakişiyevin meyitinin karxana ərazisinə sonradan atıldığı iddiaları dolaşır. Lakin bu iddiaları təsdiqləyən və ya təkzib edən rəsmi açıqlama hələlik yoxdur. Mərhumu tanıyanların bildirdiyinə görə, Kamal Atakişiyev Hacı Seyfələ məxsus daş karxanasında fəhlə kimi çalışıb, "KamAZ" maşınlarına daş yükləməklə məşğul olub. Qohumları ilə birlikdə gecə saatlarında 7-8 yük maşınına daş yüklədiyi, hər fəhləyə 40-50 manat qazanc düşdüyü deyilir. Gündəlik spirtli içki qəbul etsə də, işləyən, zəhməti ilə dolanan biri kimi tanınıb.
Hazırda Kamal Atakişiyevin meyiti ekspertiza üçün Xəzər rayon Məhkəmə-Tibb Ekspertizasına aparılıb.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır. İstintaqın cavablandırmalı olduğu əsas sual isə hələ açıq qalır - Kamal Atakişiyev harada və hansı şəraitdə həyatını itirib?(musavat.com)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Özbək qadın Bakıda həbs olundu - yarım milyonluq dələduzluq edib
-
Rüşvət alıb vətəndaşları hərbi xidmətdən yayındıran vəzifəli şəxsin işi məhkəməyə göndərildi
-
Elnarə Şirməmmədova həbs olundu - 2,3 milyonluq dələduzluq
-
"DreamDoll Bri" Floridada atışmada öldü
-
Bakıda bələdiyyə sədri bıçaqlandı - Tutulan var
-
Səbuhi Rəcəbə hökm oxundu - Dünya çempionu azadlıqda qaldı
XƏBƏR LENTİ
-
Nəsrindən bikinili fotolarınıl paylaşdı
-
"Hünkar bəyəndi" resepti
-
Halit Ergençin Bergüzarı çimərlik geyimində pozlar verdi - (Video)
-
Netanyahu Trampla fikir ayrılıqlarının olduğunu etiraf edib
-
Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla başlayıblar
-
Mətanət: "Onurğamdan bir ağrı tutdu ki, ikiqat qaldım"
-
Ələt-Bakı yolunda qəza: "Mercedes" aşdı - (Video)
-
Yasamalda işıq olmayacaq
-
Günün qoroskopu: Özünüzü ifadə etməkdən çəkinməyin
-
Leysana görə Tbilisi hava limanı işıqsız qaldı
-
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
-
Samirə ƏliMəryəm: "Qızım dedi ki, azularımı puç etmə"
-
“Sabah”ın potensial rəqiblərinin oyununda “Vardar” qalib gəldi
-
Dambrauskas: “Fantastik insandır, onsuz çox ağır olacaq”
-
Dalay Lama: "130 il yaşayacağam"
-
Argentina - Misir matçının ən yaxşısı seçildi
-
Qobustanda maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi
-
“Mən şeytanam” - Gupse Özay
-
Narkotik tərkibli dərmana görə yanğın törətdi - (Foto)
-
Yapon nazir Türkiyədəki suya təəccübləndi (Video)
-
Qızı "Ələkbər əmi"ni belə yad etdi (Video)
-
DÇ-2026: Argentina 1/4 finalda
-
“Fikret”lə “Tahsin” illər sonra (Video)
-
“Sabah” - TNS-i məğlub edib (Video)





