Kriminal

Kriminal aləmin "Yeni Qulisi"ni bıçaqlayıb dənizə atdılar

9 İyul 2025 19:12
Baxış: 1 812
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qanuni oğru"nun Abxaziyaya dəvətsiz səfəri acı sonluqla nəticələnib.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, iyulun 6-da "həmkarları" ilə birlikdə yaxtaya mindikdən sonra, 46 yaşlı Suxumi sakini "Quli" ləqəbli Temur Kapba Respublika Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, gərgin söhbət zamanı Quli "Pıza" ləqəbli Raul Bartsbanı "fahişə" adlandırıb və bıçaqla ona zərbə endirib. Nəticədə Kapbanın özü döyülüb, bıçaqlanıb və gəmidən dənizə atılıb.

Yada salaq ki, Kapba bu ilin mayında Pızanı nüfuzdan salmaq üçün Abxaziyaya qayıdıb.

Eyni zamanda, Şakro 2023-cü ilin noyabrında Qulini "oğru" kimi tanımadığını bildirib. Bundan əvvəl Temur düz 10 il idi ki, "oğru" adını daşıyırdı.

Qeyd edək ki, Temur Kapba mərhum azərbaycanlı "qanuni oğru" Lotu Qulinin yaxın adamlarından olub. Lotu Qulinin qətlindən sonra onun klanının böyük hissəsi qardaşı Namiq Səlifovun ətrafında birləşib. Lakin Temur Namiqin himayəsindən kənarda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.