Kriminal

Məhkəmə Bəşir Süleymanlı barədə qərar verdi

9 İyul 2025 13:00
Baxış: 857
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Vətəndaş Hüquqları" İnstitutunun rəhbəri Bəşir Süleymanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Milli.Az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmə təqdimatı təmin edib və Bəşir Süleymanlı barəsində olan həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Bəşir Süleymanlı bu ilin mart ayında saxlanılıb və ona Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.  /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.