Kriminal

Babayan: Qondarma rejimin saytları “.am” domeni ilə qeydiyyata alınırdı

7 Aprel 2025 19:27
Baxış: 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təqsirləndirilən şəxs - David Babayan aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dövlət ittihamçısının sualını cavablandırarkən deyib ki, vaxtilə Azərbaycanın işğal altında olmuş ərazilərdə qondarma rejimin "qurumları"nın veb-saytları Ermənistan Respublikasının ".am" domeni ilə qeydiyyata alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, həmin veb-saytların təhlükəsizliyinin təmin edilməsi ilə vaxtilə Azərbaycanın işğal altında olmuş ərazilərdə yaşayan erməni sakinlərin məşğul olduqlarını, yəni, onların Ermənistan Respublikasına aid saytlara müdaxilə etmək hüququnun olduğunu bildirib.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.