Kriminal

16 minlik oğurluq etdi

25 Mart 2025 17:21
Baxış: 556
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xaçmazda oğurluqda şübhəli bilinən şəxs tutulub.

Milli.Az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polisə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayondakı evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Nurağa İsgəndərov saxlanılıb.

Həmin şəxsin məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlaması, zərərçəkmişlərə ümumilikdə 16 min manat məbləğində ziyan vurması məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.