Kriminal

Mnatsakanyan: İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb

17 Mart 2025 17:46
Baxış: 360
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 17-nə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan bildirib ki, işğal olunmuş ərazilərdə hərbi xidmət etmiş erməni sakinlər və Ermənistan Respublikasının vətəndaşlarının törətdikləri hərbi cinayətlərin təhqiqatını Ermənistanın Hərbi Polisi, ibtidai istintaqını isə Ermənistanın Hərbi Prokurorluğu aparıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, daha sonra cinayət işlərinə Ermənistan ərazisində yerləşən Sünik hərbi məhkəməsində baxıldığını deyib.

Təqsirləndirilən şəxs vurğulayıb ki, hərbi struktur eyni olduğundan hərbi qulluqçular tərəfindən xidmət etdikləri müddət ərzində törətdikləri hərbi cinayətlər, işğal olunmuş ərazilərdə erməni sakin, yaxud Ermənistan vətəndaşı olmasından asılı olmayaraq, Ermənistandakı analoji cinayətlər kimi eyni statusla araşdırılıb və qərar verilib.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.