Kriminal

Məhəmməd Mirzəli və Elşad Məmmədov Baş Prokurorluğa ÇAĞIRILDI

16 Mart 2025 18:10
Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq Elşad Tofiq oğlu Məmmədov və Məhəmməd Fazil oğlu Mirzəlini prokurorluğun İstintaq İdarəsinə çağırıb.

Milli.Az xəbər verir ki, bu barədə İctimai TV-yə prokurorluqdan bildirilib.

Vurğulanıb ki, Elşad Məmmədov 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayına kimi internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi və saxlanılması, həmçinin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı açıq çağırışlar edib.

Bundan başqa, Məhəmməd Mirzəli 2018-ci ilin əvvəllərində hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, həmçinin zorakılıqla müşahidə edilən kütləvi iğtişaşlar edilməsinə dair açıq çağırışlar edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.