Kriminal

Vardanyan pis rəftara məruz qalmadığını, normal şəraitdə saxlandığını deyib

4 Mart 2025 18:59
Baxış: 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Ruben Vardanyan və Bako Saakyan saxlandıqları dövrdə onlara humanist münasibət göstərildiyini bildiriblər.

Bu barədə Ombudsmanın mətbuat xidmətindən Milli.Az-a bildirilib.

Qeyd edilib ki, onlar hər hansı bir ayrı-seçkiliyə və pis rəftara məruz qalmadıqlarını, normal saxlanma şəraiti və tibbi xidmətlə təmin olunduqlarını, Ombudsman və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəfələrlə qəbul edildiklərini bildirərək növbəti qəbula görə təşəkkür ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.