Kriminal

Nənəsini və arvadını bıçaqlayan şəxsin cəzası məlum oldu

11 Fevral 2025 18:27
Baxış: 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nənəsini və həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Elnur Əliyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Milli.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elnur Əliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Əliyev Elnur Şahid oğlu yaşadığı fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla nənəsi Tatilova Laçın Həsən qızına daxilə nüfuz edən 1, arvadı Məmmədova Elminaz Sənan qızına isə daxilə nüfuz etməyən 1 xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanıb və E.Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.