Türkiyə

Türkiyədən Suriya ilə bağlı vacib QƏRAR

11 Fevral 2025 20:10
Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Ticarət Nazirliyi Suriyadan mal və məhsulların idxalına icazə verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Quru və Dəniz Limanları Baş İdarəsinin nümayəndəsi Mazen Alluş SANA agentliyinə müsahibəsində deyib.

"Quru və Dəniz Limanları Baş İdarəsi ilə Türkiyə Ticarət Nazirliyi arasında keçirilən görüş və müzakirələr nəticəsində Suriya mallarının, eləcə də ərzaq məhsullarının Türkiyə bazarlarına ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar qəbul edilib", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyaların ləğvinin zəruriliyini dəfələrlə bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.